Nida.az
“Bu seçkilərdə də kvota alveri olacaqsa...”
“Təcrübə göstərir ki, partiyaların blokları uğursuz olur. Hesab edirəm ki, parlament seçkilərində müxalifət 125 dairə üzrə namizədlər seçərək vahid seçki bloku yaratmalıdır”.
Bu barədə “Şərq-Qərb” Araşdırmalar Mərkəzinin rəhbəri, politoloq Ərəstun Oruclu Publika.Az-a açıqlamasında müxalifətin qarşıdakı dönəmdə birlik məsələsinə toxunarkən deyib.
Ə. Oruclu qeyd edib ki, bu, optimal variantlardan biridir: “Lakin kvota alveri edilməməlidir. Bu partiyadan 30, o birisindən 25 namizəd olsun, yaxud əksinə. Əgər bu seçkilərdə də kvota alveri olacaqsa, heç nə əldə edilməyəcək, perspektiv olmayacaq”. Onun sözlərinə görə, birləşmə, parçalanma tendensiyası o qədər ardıcıl olub ki, cəmiyyətdə neqativ effekt doğurub. Politoloq əlavə edib ki, yaradılmalı olan vahid seçki bloku heç bir partiyadan asılı olmamalıdır.
“Ölkənin siyasi sistemində problem var. Azərbaycan siyasəti
böhran içindədir. Söhbət təkcə müxalifət, yaxud iqtidar
siyasətindən getmir. Söhbət bütünlükdə ölkənin siyasi sistemindən
gedir. Hazırki sistemi siyasi sistem adlandırmaq çətindir. Siyasi
sistemin münasibətləri qanunlara, qaydalara söykənməlidir.
Demokratik dünyada nəzarətlər və balanslar sistemi var ki, bu
olmayan yerdə siyasi sistemdən danışmaq yersizdir. Ona görə bu
şəraitdə istənilən birliklər perspektivsiz olacaq”-deyə Ə. Oruclu
bildirib.
Asif
-
Ekologiya02:00
Güclü maqnit qasırğası başladı - Nələr olacaq?
-
İdman01:10
Mbappe gedəcəyini elan etdi - Bu oyunda vida mərasimi olacaq
-
Qoroskop00:43
Günün qoroskopu: planlar pozulacaq - Bunları edin!
-
İdman10 May 23:46
Lalə Kramarenko: Azərbaycanın təklifini qəbul etmək xəyanət olar
-
Sosial10 May 23:34
Dünya rekordçusu olan laçınlı nənə Heydər Əliyevlə bağlı xatirələrini bölüşdü - VİDEO
-
Ekologiya10 May 23:10
Günəşdə 25 ilin ən güclü partlayışı baş verdi
-
Art10 May 22:21
Murad Muradov süni nəfəs aparatına qoşulub - YENİLƏNDİ
-
Elm və təhsil10 May 22:00
Abituriyentlərin NƏZƏRİNƏ: nəticələr elan olundu