Böyük savaş SSENARİLƏRİ: dünyanın qütbləri dəyişir – GÜNÜN SİYASİ XÜLASƏSİ
Bizi izləyin

Nida.az

Böyük savaş SSENARİLƏRİ: dünyanın qütbləri dəyişir – GÜNÜN SİYASİ XÜLASƏSİ

Azərbaycan və Ermənistan münaqişənin müharibə yolu ilə həlli ssenarisinə hazırlaşır.

Rusiyalı ekspertlər Dağlıq Qarabağda yeni müharibə riskinin yüksək olduğunu bildirirlər. Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Avropa Parlamentinin qərarına təhdidlə cavab verib. Son günlər “Fərat Qalxanı” əməliyyatında Türkiyə ordusunun itkiləri artmaqdadır. Rusiyanın hərbi-kosmik gücləri və Suriya aviasiyası Hələb şəhərinə yeni zərbələr endirib. Türkiyə və Rusiya prezidentləri arasında telefon söhbəti olub.

Qarabağda “dünya müharibəsi”, yoxsa... - Böyük hücuma hazırlıq

Azərbaycan ərazi bütövlüyünü bərpa etmək üçün danışıqlar masasında yer almaqla yanaşı, öz hərbi arsenalını da gücləndirir. Bu, işğal olunmuş torpaqların azad olunması alternativinin hər an qüvvədə olduğu deməkdir.

Bir neçə gün öncə “Bloomberg” agentliyi dünyadakı münaqişələrin tədqiqatını aparan Stokholm İnstitutunun məlumatlarını dərc etdi. Məlumatda deyilir ki, Azərbaycan son 10 ildə silah alınmasına 22,7 milyard dollar pul xərcləyib. Bu, Avropada hərbi texnikanın ən böyük idxalçısı olmaq deməkdir.

“Bloomberg” qeyd edir ki, Azərbaycanın təkcə hərbi büdcəsi Ermənistan dövlət büdcəsindən çoxdur. Rusiyalı hərbi ekspert Dmitri Litovkin hesab edir ki, artıq Azərbaycan və Ermənistan münaqişənin müharibə yolu ilə həlli ssenarisinə hazırlaşır.

Template blocks/article_inline not found. FILE: /home/publikaaz/www/classes/tpl.class.php, CLASS: tpl, LINE: 69

Türkiyə Böyük Millət Məclisin (TBMM) keçmiş sədri, parlamentin hakim Ədalət və İnkişaf Partiyasının (AKP) Ankaradan seçilən millət vəkili Cəmil Çiçək Publika.az-a müsahibəsində NATO Parlament Assambleyasının İstanbulda keçirilən 62-ci sessiyasında erməni deputatların iddialarını şərh edib.

Template blocks/article_inline not found. FILE: /home/publikaaz/www/classes/tpl.class.php, CLASS: tpl, LINE: 69

Türkiyə prezidentinin media müşaviri, sabiq millət vəkili Seyid Sərtçəlik Avropa Parlamentinin Avropa İttifaqı ilə Türkiyə arasında üzvlük müzakirələrinin dondurulmasını nəzərdə tutan qərara münasibət bildirib.

Seyid Sərtçəlik Publika.az-a eksklüziv açıqlamasında sözügedən qərarın Türkiyə üçün ciddi əhəmiyyət daşımadığını deyib. O, sözügedən qərarı Türkiyə üçün dəyəri olmayan kağız parçası adlandırıb.

Template blocks/article_inline not found. FILE: /home/publikaaz/www/classes/tpl.class.php, CLASS: tpl, LINE: 69

Azərbaycan isə hesab edirlər ki, Avropa Parlamentinin Türkiyə ilə bağlı qərarı bumeranq effekti verəcək və Türkiyəni yeni qütblərə meylləndirəcək, həmçinin özü yeni güc mərkəzinə çevriləcək.

Template blocks/article_inline not found. FILE: /home/publikaaz/www/classes/tpl.class.php, CLASS: tpl, LINE: 69

Ərdoğandan Avropaya TƏHDİD: “Daha da irəli getsəniz...”

“Daha da irəli getsəniz, sərhəd qapıları miqrantlar üçün açıla bilər”. Bunu Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Avropa Parlamentinin qərarını şərh edərkən deyib.

“Heç bir zaman insanlığa qarşı dürüst davranmadınız. Üç milyon qaçqını saxlayan bizik, verdiyiniz sözləri yerinə yetirmədiniz. Türkiyə sərhəd qapılarını açarsa, nə edəcəksiniz?” - deyə Türkiyə prezidenti bildirib.

Qeyd edək ki, Ərdoğan daha əvvəl də eyni təhdidlə çıxış edib. Prezident ölkəsində hazırda 3 milyon qaçqının olduğunu, onların Avropaya gedə biləcəyini vurğulayıb: “Biz 3 milyon qaçqını saxlayırıq və Avropa İttifaqı Türkiyəyə dəstək verməlidir. Bu qaçqınlar Avropaya getsə, Avropa çaşıb qalar. Hazırda 100 qaçqını qəbul edə bilmirlər”.

Almaniya Nazirlər Kabinetinin mətbuat xidmətinin rəhbəri Ulrika Demmer Ərdoğanın bəyanatını şərh edib. Ulrika Demmer qeyd edib ki, Türkiyə prezidentinin Avropa İttifaqını təhdid etməsinin heç bir tərəfə faydası yoxdur. Onun sözlərinə görə, iki tərəf aralarında problemə səbəb olan məsələləri danışaraq həll etməlidir. O, miqrantlarla bağlı razılaşmanın uğurlu olduğunu və bunun iki tərəfə də sərf etdiyini bildirib.

Türk əsgərlərinə hücumun arxasındakı 4 ölkə - ŞOK SSENARİ

Dünən Suriyanın şimalında “Fərat Qalxanı” hərəkatında iştirak edən türk əsgərləri məruz qaldığı hava hücumunda 4 şəhid verdi, 10-u yaralandı. Türkiyənin “Haber7” saytının yazarı Taha Dağlı bölgədə Rusiya, ABŞ və Suriya təyyarələrinin olduğunu, amma dördüncü bir ölkənin də hücumda iştirak edə biləcəyini bildirib.

Taha Dağlı yazısında diqqət çəkən bir fotoşəkli xatırladıb. Bu fotoşəkildə ABŞ-a aid F-18 tipli döyüş təyyarəsi var. Amma burada bir anormallıq görünür. Təyyarənin qanadında sovet ulduzu var, eyni zamanda, rəngi Rusiya təyyarələrində olduğu kimi mavidir.

Bu fotoşəkli oktyabr ayında Kristian Borys adlı bir jurnalist ortaya çıxarıb. O, ABŞ-ın F-18 təyyarələrini mavi rəngə boyadığını, qanadlarına isə sovet ulduzu yapışdıraraq Rusiyanın Su-34 təyyarələrinə bənzətdiyini iddia etdi. Onun iddiasına görə, amerikalılar Suriyada bəzi yerləri Rusiya təyyarəsinə bənzədilən təyyarələrlə bombalayaraq hücumlara görə məsuliyyəti rusların üzərinə qoyurlar.

Template blocks/article_inline not found. FILE: /home/publikaaz/www/classes/tpl.class.php, CLASS: tpl, LINE: 69

Türkiyə ordusu bu gün Suriya ərazisində həyata keçirdiyi "Fərat Qalxanı" əməliyyatında növbəti itkisini verib. Suriyanın Əl Bab şəhəri ətrafında gedən döyüşlərdə 1 əsgər həlak olub, 5 hərbçi isə yaralanıb. Dünən isə 4 türk əsgəri şəhid olub, 10-u yaralanıb.

“Ərdoğan, Putin və Tramp razılaşaraq, yeni dünya nizamını qurmalıdır”. Bu barədə Rusiyanın “Arqumenti fakt” qəzeti yazıb.

Qəzet qeyd edib ki, dünyanın bu güclü liderlərə ehtiyacı var. “Dünyaya yenidən güclü liderlər lazımdır. Rusiyada Putin, Türkiyədə Ərdoğan və Amerikada Tramp. Üçü də razılaşaraq, birlikdə yeni dünya düzənini yaratmalıdırlar. Amma bunu bacara biləcəklərimi?”, - deyə qəzet yazıb.

Prezidentin "ölən" qızı ABŞ səfirliyində gizlənir: film kimi ÇEVRİLİŞ PLANI

Özbəkistanın mərhum prezidenti İslam Kərimovun böyük qızı Gülnarə Kərimova ABŞ-ın Daşkənddəki səfirliyində gizlənir. Bu iddia ilə Amerikanın “BuzzFeed” portalı çıxış edib.

Portal yazır ki, Kərimova Amerika səfiri Pamela Spratlenlə uzun müddət sıx əlaqədə olub. İddialara görə, İslam Kərimovun öldüyü vaxt Gülnarə ABŞ-dakı əlaqələrindən istifadə edərək, hakimiyyəti ələ keçirməyə cəhd edib.
Portal Gülnarənin Amerika səfirinə məktubunu da üzə çıxarıb. Məktubda deyilir ki, o, prezident postuna iddia edə bilmir, lakin öz namizədini təklif edir. Bu ədliyyə naziri Muzrafa İkramovdur. Gülnarə qeyd edir ki, İkramov Özbəkistanda Amerika maraqlarını qorumaq əzmindədir. “Lakin bu plan baş tutmayıb. ABŞ da qarşıdakı regional planları üçün “özbək şahzadəsinə” kömək göstərib və o, Amerika səfirliyində gizlədilir. ABŞ onu əlverişli vaxt üçün qoruyur”, - deyə portal yazıb.

Qeyd edək ki, bir neçə gün öncə G.Kərimovanın gecə öldürülərək basdırıldığı xəbəri yayılıb. Lakin bu xəbər Kərimovanın oğlu tərəfindən təkzib edilib.

Template blocks/article_inline not found. FILE: /home/publikaaz/www/classes/tpl.class.php, CLASS: tpl, LINE: 69

Bu gün Ukraynanın sabiq prezidenti Viktor Yanukoviçin video konfrans rejimində dindirilməsi prosesi başlanıb.

Yanukoviç “Berkut” xüsusi təyinatlı milis dəstəsinin 5 sabiq əməkdaşının işi üzrə şahid qismində dindirilir. Onlar 2014-cü il fevralın 20-də Kiyevdə Maydan hadisələrinin 50 iştirakçısını güllələməkdə şübhəli bilinir.

Qətliam davam edir: 60 ölü 140 yaralı

Rusiyanın hərbi-kosmik gücləri və Suriya aviasiyası Hələb şəhərinə yeni zərbələr endirib. “Anadolu” agentliyi şəhərin mülki müdafiə güclərinin nümayəndəsi İbrahim Əbu Leysə istinadən bildirib. Aviazərbələr nəticəsində ən azı 60 insan ölüb, 140-ı yaralanıb. Onlarla insanın dağıntılar altında olduğu deyilir.

“Vəziyyət hər gün pisləşir. Texnika olmadığı üçün xilasedicilər dağıntıların altında qalan insanları vaxtında xilas edə bilmirlər”, - o qeyd edib.

Misirdən Dəməşq rejiminə gözlənilməz dəstək gəlib. Qahirə Bəşər Əsəd qüvvələrinə yardım göstərmək üçün Suriyaya öz hərbi təyyarələrini göndərib. Livanın "Əl Məsdər" portalının yazdığına görə, təyyarələr bu həftə Hama hərbi aerodromuna eniblər. Təyyarələrin sayı haqqında məlumat verilmir.

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan və Rusiya dövlət başçısı Vladimir Putin arasında görüş olub. Telefon söhbətində “Fərat Qalxanı” hərəkatında türk əsgərinlərinə hücum və Suriya böhranı müzakirə edilib.

“WikiLeaks”dən ŞOK SƏNƏDLƏR: “ABŞ bu ölkəni...”

“WikiLeaks” ABŞ-ın Yəməndəki səfirliyinin 500-dən çox sənədini dərc edib. Sənədlər Vaşinqtonun vətəndaş müharibəsinə kimi Yəmən ordusunu silahlandırdığını və təlim keçdiyini göstərir.

Həmçinin, sənədlər müxtəlif silahların – hərbi təyyarələr, gəmilər, hərbi nəqliyyat vasitələri və Amerika biometrik sistemlərininin Yəmənə göndərilməsini göstərir.

Sənədlər 2009-cu ildən 2015-ci ilin martında münaqişənin başlanmasına qədər olan dövrü əhatə edir. “WikiLeaks” qeyd edir ki, Yəməndə Amerika səfirliyi 2015-ci ilin fevralında – müharibənin başlanmasından bir ay əvvəl bağlanıb.

Qeyd edək ki, İranın dəstəklədiyi şiə husilər paytaxt Sananı ələ keçirib. Səudiyyə Ərəbistanının başçılıq etdiyi ərəb koalisiyası husilərə qarşı əməliyyatlar keçirir.

Ömər Dağlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm