Nida.az
Milli Şurada qalmaqal: Cəmil Həsənli ilə KXCP rəsmisi üz-üzə
Milli Şurada qalmaqal: Cəmil Həsənli ilə KXCP rəsmisi üz-üzə Milli Şuranın bu gün keçirilən sessiyasında fikir ayrılığı yaşanıb.
Publika.Az xəbər verir ki, buna səbəb yeni üzvlərin qəbulu məsələsi olub. Şura sədri Cəmil Həsənli gündəliyə yeni üzvlərin qəbulu məsələsinin daxil edilməsini təklif edib. Lakin KXCP Ali Məclisinin sədri Bəybala Əbil buna etiraz edib. Bildirib ki, tərkibin genişləndirilməsi mənasızdır:
“Qarşıdan bələdiyyə seçkiləri gəlir. Lakin Milli Şuranın strukturları demək olar ki, işləmir. Tərkibin genişləndirilməsi hələ tezdir. Əvvəlcə strukturlar, komissiyalar işləməlidir. Ötən sessiyada bələdiyyə seçkilərində iştirakı müzakirə etdik, bu barədə qərara gəlməliyik. İndiki məqamda tərkibin genişləndirilməsi nəyə yarayacaq, bizə nə verəcək?”.
C. Həsənli isə KXCP rəsmisinə cavabında deyib ki, Milli Şura seçkilərlə bağlı müzakirənmi bay ayının sonunda aparacaq.
Asif
-
Avropa08:24
"TikTok" Avropanı QORXUYA SALDI: "Həyəcan təbili yüksək səslə çalınmalıdır"
-
Sağlamlıq06:46
Birdəfəyə nə qədər kabab yemək olar? - Dietoloq LİMİT QOYDU
-
Magazin105:45
Sevinc Balidə belə dincəlir - FOTO
-
Kriminal03:43
Çayxana qan gölünə döndü: Muradova 13 bıçaq zərbəsi vuruldu
-
Sosial02:42
Azərbaycanda sabiq polis oğurladığı əşyaları sevgilisinə satdırırmış - VİDEO
-
Sosial01:11
Cəmiyyət açıq-saçıq geyinənlərə necə baxır?: “Bizə çox şey deyirlər, amma..." - VİDEO
-
Qoroskop00:05
Günün ULDUZ FALI: şəxsi münasibətlərdə problemlər ola bilər
-
Magazin127 Aprel 23:50
Xuramandan ŞOK ETİRAF: "Yoxsa onu öldürərdim"