Nida.az
Hansı məmur ABŞ-Azərbaycan münasibətlərinə ziyan vurur?
ABŞ-ın Azərbaycandakı səfiri Riçard Morninqstar “Azadlıq radiosu”na müsahibəsində ABŞ-Azərbaycan münasibətlərindən danışıb. Səfir bildirib ki, hökumətdə ABŞ-Azərbaycan münasibətlərinə ziyan vurmaq istəyənlər var.
“Hökumət monolit deyil. Hökumətə elələri var ki, ABŞ-Azərbaycan münasibətlərinə ziyan vurmaq istəyir, ona görə də qərb təşkilatlarının işini çətinləşdirmək, yaxud Birləşmiş Ştatları, Avropanı nədəsə günahlandırmağa çalışırlar. Amma hökumətdə başqa mövqedə olan çoxlu adam da var. Mən bütövlükdə hökumətə damğa vurmaq istəməzdim”-deyə o bildirib.
Milli Məclisin beynəlxalq münasibətlər və parlamentlərarası
əlaqələr komitəsinin və Azərbaycan-ABŞ parlamentlərarası əlaqələr
üzrə işçi qrupunun üzvü Asim Mollazadə Publika.Az-a
açıqlamasında hökumətdə belə şəxslərin olduğunu istisna
etmədiyini deyib. O, konkret kimin olduğunu dəqiq bilməsə də,
bildirib ki, Azərbaycan məmurlarının arasında ABŞ-a mənfi münasibət
bəsləyənlərin olması istisna deyil: “Azərbaycanın dövlət
siyasətində ABŞ-la tərəfdaşlığa üstünlük verir, bir sıra sahələrdə
əməkdaşlıq edir. Amerika Azərbaycan üçün dost ölkədir. Lakin bu
münasibətlərə soyuq baxanların olmasını da istisna etmirəm”.
Bunun Rusiyaya isti münasibətdən qaynaqlandığına gəlincə, işçi
qrupunun üzvü bildirib ki, burda müxtəlif fərziyyələr irəli sürmək
olar.
“Konkret olaraq hesab edirəm ki, əgər belə şəxslər varsa, bu
Azərbaycanın dövlət siyasətinə ziddir. Azərbaycanın xarici siyasəti
tərəfdaşlıq, partnyorluq üzərində qurulub. ABŞ strateji
tərəfdaşımızdır. Ölkəmiz Amerika və Avropa İttifaqı ilə əməkdaşlıq
edir. Eyni zamanda Rusiya da Azərbaycanın qonşu ölkəsidir.
Azərbaycan hər zaman çalışır ki, bu ölkə ilə qonşuluq münasibətləri
aparsın. Ola bilər ki, ABŞ-la isti münasibətlər hansısa şəxslərin
maraqlarına uyğun deyil. Amma bunun özü həm də Azərbaycanın
apardığı siyasətə uyğun gəlmir”-deyə A. Mollazadə bildirib.
Asif
-
Magazin100:50
Sabiq nazirin idmançı kürəkəninin bu görüntüləri gündəm oldu - VİDEO
-
Qoroskop00:20
Günün qoroskopu: ünvanınıza çox tənqid səslənəcək...
-
Nəqliyyat6 May 23:16
Bu yolda sürət həddi 20 km/saata endirildi
-
Magazin16 May 23:04
İllərlə küsülü olan Brilliant Dadaşova və Abbas Bağırovun rəqsi - VİDEO
-
Dünya6 May 21:33
HƏMAS-la İsrail atəşkəs barədə razılaşdı
-
Sosial6 May 21:23
Deyirlər ki, puluna görədir... - 17 yaşlı qızla nişanlanan 37 yaşlı kişinin anası DANIŞDI - VİDEO
-
İdman6 May 21:13
22 yaşlı idmançı faciəvi şəkildə öldü
-
Qoroskop6 May 21:05
Bürclərin ən zəhlətökən xüsusiyyətləri