Ərdoğanın azərbaycanlı müşavirinin qızı Publika.Az-a danışdı
Bizi izləyin

Nida.az

Ərdoğanın azərbaycanlı müşavirinin qızı Publika.Az-a danışdı

Bir müddət əvvəl Türkiyəni silkələyən Gəzi hadisələrində AKP-yə etiraz edənlərdən biri də Ərdoğanın azərbaycanlı müşaviri Qeybulla Qeybullanın qızı- Arzu Qeybullayeva idi. Atasının Ərdoğanın əsas məsləhətçilərindən olmasına baxmayaraq bu qızın AKP-yə qarş

Bir müddət əvvəl Türkiyəni silkələyən Gəzi hadisələrində AKP-yə etiraz edənlərdən biri də Ərdoğanın azərbaycanlı müşaviri Qeybulla Qeybullanın qızı- Arzu Qeybullayeva idi. Atasının Ərdoğanın əsas məsləhətçilərindən olmasına baxmayaraq bu qızın AKP-yə qarşı çıxması olduqca diqqət çəkəndir. O, Azərbaycan vətəndaşı olsa da, Türkiyədə yaşayır, ictimai fəal olmaqla yanaşı, jurnalistika ilə də məşğuldur. A. Qeybullayeva AKP hökumətinin daxili siyasəti ilə indi də razılaşmır.

Onun atası Qeybulla Qeybullayev 9 may 1945-ci ildə Balakən rayonunun Katex kəndində dünyaya gəlib. 1963-cü idə Katex kənd orta məktəbini qızıl medalla, 1968-ci ildə Politexnik İnstitutunun İnşaat fakültəsini fərqlənmə ilə bitirib, sonra Dövlət Layihə İnstitutunda mühəndis-konstruktor vəzifəsində işləyib.

1971-ci ildə Moskva İnşaat Fizikası İnstitutunun aspiranturasında texnika elmləri namizədi, 1989-cu ildə Azərbaycan EA-nın İqtisad İnstitutunda elmlər doktoru dissertasiyalarını müdafiə edib. 200-dən çox elmi məqalə, monoqrafiya müəllifi, məcmuə redaktoru olub.

2001-ci ildən ömrünün sonuna qədər Türkiyənin Süleyman Dəmirəl Universitetinin professoru və iqtisad bölümünün rəhbəri olub. Bununla yanaşı, Türk Dövlətləri Gənclər Vakfının İdarə Heyətinin sədri, Türk Dövlətləri Bələdiyyələri Assosiasiyasının İdarə Heyətinin sədri vəzifələrində çalışıb. ABŞ, Yaponiya, Rusiya, Fransa Milli Akademiyalarının akademiki olub. Professor, elm və ictimai xadim olan Q. Qeybullayev Türkiyə baş naziri Rəcəp Təyyib Ərdoğnın Avrasiya məsələləri üzrə müşaviri olub. 2012-ci il 2 mart tarixində vəfat edib.

“Bunların hamısını müzakirə edərdik, lakin mənim üçün danışmaq hələ də çətindir”

Bir azərbaycanlının Türkiyə Baş nazirinin müşaviri olması, xüsusilə Avrasiya kimi mürəkkəb regionla bağlı ondan məsləhət almaları xüsusi diqqət çəkir. Güman ki, AKP-nin yürütdüyü neosmançılıq siyasəti, Avrasiyada Türkiyənin apardığı siyasətin görünməyən tərəfləri, eləcə də Türkiyənin Dağlıq Qarabağla balı siyasətində bilmədiklərimiz Q. Qeybullaya məlum olub. Məhz bu məqsədlə “atası ilə bu məsələləri müzakirə edib, onun da müəyyən qədər informasiyası var” ehtimalına söykənərək mərhum azərbaycanlı müşavirin qızı Arzu Qeybullayeva ilə danışmaq qərarına gəldik.

A. Qeybullayeva isə Publika.Az –a açıqlamasında bildirir ki, bu məsələlərin hamısını atası ilə müzakirə edib. Lakin onun üçün danışmaq çətindir: “Bu məsələlərlə bağlı danışmaq istəmirəm. Mənim üçün hələ də bir qədər çətindir. Bu məsələlərin hamısını müzakirə edərdik. Amma bunları açıq şəkildə paylaşmağa müsbət baxmıram”.

“Partlayışın yaxınında olub onlara qoşulmamaq mümkün deyildi”

Amma A. Qeybullayeva AKP siyasətinə etiraz etməsinin səbəbləri, Gəzi hadislərində iştirakı haqqında danışıb. Hər-halda Ərdoğanın müşaviri olmuş şəxsin qızının bu gün Ərdoğanın apardığı siyasətə qarşı çıxması açıq suallar buraxır. Onun sözlərinə görə, Gəzi olaylarında daha çox jurnalist kimi iştirak edib: “İstanbula gələn xarici jurnalistlərlə bir yerdə işləyirdik. Mənim üçün bu çox maraqlı idi. Həm jurnalist, həm də Türkiyədə yaşayan əcnəbi vətəndaş kimi- əcnəbi deyirəm, çünki mən özümü Türk hesab etmirəm, nə dərəcədə mədəniyyətlərini və dillərini yaxşı bilsəm də. Maraqlı olduğu üçün orda iştirak edirdim. Uzun müddət Türkiyədə yaşayıb və getdikcə qatılaşan AKP siyasətini izləyərək, insan səbrinin nə qədər elastik olduğunu görmək və bir anda belə bir partlayışın yaxınında olub onlara qoşulmamaq mümkün deyildi. Ona görə də qoşulurdum”.

Gəzi hadisələrini xatırladan A. Qeybullayeva bildirir ki, həyat “Flight Club” filimdəki ssenariyə çox bənzəyirdi: “Gündüz hamı öz işində, axşam və gecə hər kəs “Gəzi işində”. Gəzi hadisələrində mənim aktiv fəaliyyətim on-layn olaraq sosial şəbəkələrdə paylaşdığım xəbərlər və videolarla bağlı idi. İngilis dilində yazmağım isə bir neçə xarici mediada hadisələr haqqında canlı paylaşmamın yayımlanmasına, onlarla canlı bağlantıya çıxıb xəbər yaymağıma səbəb oldu”. Onun sözlərinə görə, etirazçıların səbəbləri var idi.

“Dini basqı, ədalətsizlik, sosial problemlər və s.”

“Mənim kimi yüz minlərlə Gəzi iştirakçısının etiraz səbəbləri var idi.Qeyd etdiyim kimi AKP-nin ölkə daxili siyasəti getdikcə sərtləşirdi, konservativliyə doğru gedirdi. İnsanların səbri son nöqtəsinə gəlmişdi. Düzdür, hər şey bir ağacdan başladı, amma Gəzi olayları ağacların kəsilib yerinə təzə bir ticarət mərkəzinin tikilməsi ilə bağlı deyildi təkcə. Dini basqı, ədalətsizlik, sosial problemlər və AKP-nin əslində 2002-ci ildə iqtidara gəldikləri zaman söz verdikləri böyümə, modernləşmə, Avropa Birliyi və s. kimi vədlərinə sadiq çıxmamaları oldu. Gəzi hadisələri xalqın səbrinin son damlasıydı”-deyə o vurğulayıb.

“Toylarda hələ də Gəzi mahnıları çalırlar”

A. Qeybullayeva daha çox jurnalist kimi iştirak etdiyi Gəzi olaylarında etiraz şüarları da səsləndirdiyini deyir.
“Mən izləyirdim, Gəzidə iştirak edən insanlarla söhbət edirdim və bunu işıqlandırırdım. Təbi ki, atılan sloqanlara mən də bir iki dəfə qoşuldum, hətta o sloqanlar, o mahnılar, bizim indi gündəlik həyatımızda da var. Kimisi toylarında Gəzi mahnılarını çalır hələ də. Dostlarımızla bir dəfə adalarında birində idik. Gəzdikdən sonra axşam da bir yerdə yeməyə oturduq. Bir neçə saat sonra işıqlar kəsildi. Restoranda oturanların hamısı Gəzi sloqanları atmağa başladı. Çox maraqlı və həyəcanlı idi. İnsanlar bütöv, bir idilər. Bəlkə də aralarında səmimiyyətli olmayanlar da var idi, amma birlik hiss olunurdu. Bu aura hələ də var”.

AKP-nin siyasəti ilə razılaşmadığını deyən azərbaycanlı müşavirin qızı belə deyir: “Mən hadisələri ona görə işıqlandırmağa gedirdim ki, insanların nəyisə dəyişdirə biləcəyinə inanırdım. Bilmirəm, son dediklərim sizə nə qədər məntiqli gəlir, amma belədir. AKP bir çox şeyə qarşı çıxmağa başladı-abort məsələsi, minimum uşaq məsələsi, ictimai yerlərdə öpüşmək məsələsi, əyləncə yerlərində stolların bayırdan götürülməsi, içki qadağaları və s.”-deyə A. Qeybullayeva narazılığının səbəblərini açıqlayır.

Asif Nərimanlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm