Nida Xəbər
Paşinyandan Zəngəzur dəhlizi ilə bağlı vacib açıqlama: Rusiyasız da edə bilərik
Türkiyə-Azərbaycan sərhədinə aparan dəmir yolu hissələri Rusiya tərəfinin güzəştli idarəetməsindədir. Mən Ermənistanın, Rusiya bu hissələrin vaxtında bərpasında problem yaşayacağı təqdirdə onları milli mülkiyyətə qaytarmağa və dövlət büdcəsi vəsaiti hesabına bərpa etməyə hazır olduğunu bildirdim.
Publika.az xəbər verir ki, bunu Ermənistanın Baş naziri Nikol Paşinyan 25 dekabrda jurnalistlərlə söhbətində bildirib.
O izah edib ki, maneələr yaranarsa, Ermənistan belə bir addım atmağa hazırdır. Baş nazir vurğulayıb ki, ilkin olaraq Ermənistan İcevan dəmir yolu stansiyası da daxil olmaqla Tavuşdakı dəmir yolunda bərpa işlərinə başlamağı vacib hesab edir. Baş nazir həmçinin Ermənistan-Türkiyə sərhədindəki dəmir yolunun Axurik hissəsinin, eləcə də Yerasxdan Naxçıvan sərhədinə qədər olan dəmir yolunun bərpasının vacibliyini vurğulayıb.
Paşinyan rusiyalı həmkarlarının bu işi mümkün qədər tez həyata keçirəcəklərinə ümid etdiyini bildirib və Rusiya prezidenti Putinlə regiondakı müsbət dəyişiklikləri, eləcə də onların Ermənistanla Rusiya, eləcə də AİB arasında münasibətlərin inkişafı üçün yaratdığı imkanları müzakirə etdiklərini bir daha vurğulayıb.
Tural
-
Nida Xəbər 20:12Azərbaycanda bu əsərlər dövlət mükafatları ala bilər - SİYAHI
-
Yaxın Şərq20:00İran "Amazon"un bulud hesablama mərkəzinə HÜCUM ETDİ
-
İdman19:48PSJ Luis Enrikeyə bu qədər maaş təklif edir
-
ABŞ19:00Argentina İranın müvəqqəti işlər vəkilinə iki gün vaxt verdi
-
Region18:48Müəllimin geyimi müzakirə mövzusu oldu
-
Nida Xəbər 17:36BMT Şurası Bakının təşəbbüskarı olduğu qətnaməni qəbul etdi
-
Region15:38Paşinyan bu dəfə xanım jurnalistlə mübahisə etdi: Sus, yoxsa qovulacaqsan
-
Nida Xəbər 14:24Azərbaycandan qayıdan Türkiyə təyyarəsini İsrail vurub?































