Nida.az
“İlqar Məmmədov həbsdə olsa da, sədr seçiləcək”
“İlqar Məmmədov həbsdə olsa da, REAL partiyaya çevrildikdən sonra sədr seçiləcək”.
Bu barədə REAL hərəkatının icraçı katibi Natiq Cəfərli Publika.Az -a açıqlamasında deyib.
Onun sözlərinə görə, Azərbaycan qanunvericiliyində həbsdə olan şəxsin partiya sədri seçilməsi ilə bağlı məhdudiyyət yoxdur: “Biz ümid edirik ki, İlqar bəy tezliklə azad olunacaq və partiyalaşma yolunda işlərimiz daha sürətlə gedəcək. Əgər bu olmasa belə bizim partiya sədrliyinə yeganə namizədimiz yenə də İlqar Məmmədovdur. Təsisi qurultayında da böyük ehtimalla o sədr seçiləcək və öz komandasının formalaşdıracaq. Vəkillər və birbaşa görüşlərlə partiyanın fəaliyyətini koordinə etməyə çalışacağıq ki, heç bir axsama olmasın”.
N. Cəfərli qeyd edib ki, REAL-ın partiyalaşma qərarı yanvar aydında verilib: “O vaxtdan addım-addım partiyaya çevrilməyə qərar vermişik. Bu ilin sonuna qədər yerli təşkilatları formalaşdırdıqdan sonra, gələn il seçkilər ərəfəsində təsis qurultayı keçirməyi planlaşdırırıq”.
İcraçı katib əlavə edib ki, onların partiyası klassik formada olmayacaq.
“Biz parlament respublikasına keçidin tərəfdarıyıq və ilk addımdan parlamentli partiya olmağı düşünürük. Ona görə də partiyanı seçki dairələri üzrə qurmağı düşünürük. Artıq 20-25 dairədə proses yekunlaşıb. Bu ilin sonuna kimi çalışacağıq ki, 100 dairədə işlərimizi yekunlaşdıraq. Biz Azərbaycanın xəritəsini də fərqli görürük. Gələcəkdə ərazi bölgüsünü “Ellər” şəkilində görürük. 20 El məclisi yaradılacaq. Son mərhələdə təsis qurultayı keçirilərək partiyaya keçid baş verəcək”-deyə N. Cəfərli bildirib.
Asif
-
Qoroskop00:15
Günün ULDUZ FALI: romantik qarşılaşma ola bilər
-
Magazin15 May 23:48
Xalq artisti: “Mənə səhnənin canavarı deyirlər”
-
Sosial5 May 23:12
Yol polisindən gələn zəng onları dəhşətə gətirdi: "Maşın vurub öldürdü" - VİDEO
-
Sosial5 May 22:25
Xaçmazda 17 yaşlı qız 37 yaşlı kişi ilə nişanlanıb? - DİN-dən AÇIQLAMA
-
Magazin15 May 22:00
Ədalət Şükürovun qızının toyundan GÖRÜNTÜLƏR - VİDEO
-
Sosial5 May 21:48
Nübarlıq gilas satışa çıxdı: qiyməti "əl yandırır" - FOTO
-
Magazin25 May 21:24
Cennifer Lopez ictimaiyyət qarşısına elə libasda çıxdı ki... - FOTO/VİDEO
-
İdman5 May 20:24
UFC debütantı MESAJ VERDİ: "Yeni kral gəlir"