Nida.az
İsa Qəmbər təməlləri atır: Əli Kərimli çıxdaş edildi
Müsavat başqanı İsa Qəmbər siyasətçiləri yenidən öz qərargahına toplayıb.
Publika.az xəbər verir ki, sabah Müsavat Partiyasının qərargahında Milli Strateji Düşüncə Mərkəzi “Qarabağ Böhran Masası” adlı tədbir keçiriləcək. Dağlıq Qarabağa həsr olunmuş toplantının sonunda ictimaiyyətə münaqişənin həlli ilə bağlı yeni sənəd də təqdim olunacaq.
Məsələ ilə bağlı Publika.az-a danışan Xalq Partiyasının sədri, mərkəzdə təmsil olunan sabiq baş nazir Pənah Hüseyn bildirib ki, Qarabağla bağlı sənəd əvvəldən hazırlanıb və toplantıda müzakirəyə veriləcək. Onun sözlərinə görə, müxtəlif siyasətçilər, vətəndaş cəmiyyətinin təmsilçiləri, analitiklər bu toplantıda bir araya gəlib mövcud münaqişənin həlli istiqamətində fikir mübadiləsi aparacaqlar: “Hesab edirəm ki, bu, ölkə üçün əhəmiyyətli məsələdir. Bundan öncə Rusiya təhlükəsi məsələsini gündəmə gətirdik və xeyli diqqət cəlb etdi. Məhz həmin toplantıdan sonra belə qərar verildi ki, toplantılar “böhran masası” adlandırılsın və Azərbaycan üçün əhəmiyyətli məsələlər müzakirə edilsin, təkliflər irəli sürülsün”. Onun sözlərinə görə, bu toplantılara əlavə şəxslərin cəlb edilməsi prosesi də prioritetdir.
Qeyd edək ki, Düşüncə Mərkəzi İctimai Palatanın buraxılmasından
sonra yaradılıb. Burda əsasən İsa Qəmbərə yaxın siyasətçilər
toplaşır. Ehtimallara görə, Müsavat başqanı bununla gələcək
birliyin ilkin təməllərini atmaqdadır. Mərkəzə Milli Şura və
AXCP-dən heç kimin qatılmaması da bu ehtimal gücləndirir. Sabahkı
toplantıya da AXCP-dən kiminsə qatılacağı gözlənilmir.
Asif
-
Ekologiya02:00
Güclü maqnit qasırğası başladı - Nələr olacaq?
-
İdman01:10
Mbappe gedəcəyini elan etdi - Bu oyunda vida mərasimi olacaq
-
Qoroskop00:43
Günün qoroskopu: planlar pozulacaq - Bunları edin!
-
İdman10 May 23:46
Lalə Kramarenko: Azərbaycanın təklifini qəbul etmək xəyanət olar
-
Sosial10 May 23:34
Dünya rekordçusu olan laçınlı nənə Heydər Əliyevlə bağlı xatirələrini bölüşdü - VİDEO
-
Ekologiya10 May 23:10
Günəşdə 25 ilin ən güclü partlayışı baş verdi
-
Art10 May 22:21
Murad Muradov süni nəfəs aparatına qoşulub - YENİLƏNDİ
-
Elm və təhsil10 May 22:00
Abituriyentlərin NƏZƏRİNƏ: nəticələr elan olundu