Nida.az
Siyavuş Novruzov: “Leyla Yunusu qəhrəman edən müxalifətlə dialoq mümkün deyil”
Yeni Azərbaycan Partiyası (YAP) müxalifətlə dialoqdan imtina edir.
Bu barədə YAP icra katibi, millət vəkili Siyavuş Novruzov Publika.az-a açıqlamasında deyib. S. Novruzov buna səbəb kimi müxalifətin ermənilərlə əməkdaşlıq edən şəxslərə dəstək verməsi, onları müdafiə etməsini göstərib: “Bu gün müxalifət ümummilli məsələlərdə iqtidarla dialoqa getməyə hazır olduğunu bəyan edir, amma özləri ümummilli məsələlərin ziddinə hərəkət edirlər. Leyla Yunusu hər kəs tanıyır və bilir ki, bu adam ermənilərlə əməkdaşlıq edir, erməni kəşfiyyatına informasiya ötürür. Ümummilli məsələlərdən, Dağlıq Qarabağdan pafosla danışan müxalifət isə Leyla Yunusu dəstəkləyir, az qala qəhrəman düzəldirlər. Leyla Yunus kimilərdən qəhrəman düzəldən müxalifətlə ümummilli məsələləri prioritet hesab edən iqtidar dialoqa gedə bilməz”.
S. Novruzov qeyd edib ki, müxalifət bu mövqeyindən əl çəkməli,
sözü ilə əməli bir olmalıdır.
“Xüsusən Azərbaycanın ərazi bütövlüyü məsələsində eyni mövqe
nümayiş etdirməlidirlər. Yoxsa sözdə bunu deyib, əməldə buna qarşı
çıxanlara dəstək vermək olmaz. Onlarla eyni masada necə oturmaq
olar?”- deyə YAP rəsmisi bildirib.
Asif
-
Qoroskop20:55
Yeni ay bu 3 bürcü sevindirəcək – Şans onlardan yanadır
-
Magazin119:40
“Mənə Avroviziyadan yazana söyüş qoymuşam” - Aparıcı
-
Kriminal18:30
Tanınmış modeli döyməkdə təqsirləndirilən biznesmendən xəbər var - Külli miqdarda pul mənimsəyib?
-
İdman17:49
Dünya çempionu Messinin yanına gedir? - Müəmmalı paylaşım
-
MDB16:54
Fransız qoşunları Rusiyanın hədəfinə çevriləcək - Zaxarova hədələdi
-
MDB16:18
Rusiya ordusu Ukraynanın daha iki yaşayış məntəqəsini tutdu
-
Rəsmi xronika15:55
Prezidentlərin geniş tərkibdə görüşü oldu - Yeniləndi
-
Nida.az15:25
Prezidentin xanımı Bakıda dolma bükdü - FOTO