Nida.az
Surət Hüseynov Moskvada diaspor təşkilatı yaradır - Özəl
Sabiq baş nazir, Azərbaycanda qiyamçı polkovnik kimi tanınan Surət Hüseynovla bağlı redaksiyamıza olduqca ilginc məlumat daxil olub.
Moskvadakı Azərbaycan diasporunun adının açıqlanmasını istəməyən fəal üzvlərindən biri Publika.az-a məlumat verib ki, hazırda Rusiyada yaşayan Sürət Hüseynov bu ölkədə diaspor təşkilatı yaratmaq istiqamətində fəaliyyətə başlayıb.
Ona bu işdə dəstək verənlər də var. Mənbə bildirir ki, təşkilatın adının “Nicat” olacağı deyilir: “Lakin bu adın Azərbaycan cəmiyyətində birmənalı qarşılanmaması ad məsələsində tərəddüdlər yaradıb”.
Məlumata görə, təşkilatın əsas məqsədi 1990-cı illərdə Rusiyaya köç etmiş keçmiş döyüşçülər, müharibə iştirakçılarını bir araya gətirməkdir. Daha sonra eyni prosesin Azərbaycana keçirilməsi nəzərdə tutulur. “İlk baxışdan, Rusiyada yaşayan bir azərbaycanlının diaspor fəaliyyəti kimi görünsə də, əslində, bu addım Azərbaycan iqtidarına qarşı hazırlanır. Polkovnikə nüfuzlu rus hərbçilərinin yardımı isə yeni layihənin Moskva ilə bağlantıları ehtimalını yaradır. Onsuz da Moskvaya bağlı “Azerros”la Sürət Hüseynovun müəyyən yaxınlığı var idi. Belə ehtimallar var ki, Azərbaycanda ötən seçki ərəfəsində “de-şifrə” olan “Azerros” bundan sonra təzyiqdən çox, Azərbaycan iqtidarı ilə isti əlaqələrin qurulmasında iştirak edəcək. Təzyiq vasitəsi kimi isə Moskva bir neçə layihənin üzərində işləyir. Hələ ki, məlum olan layihə Sürət Hüseynovla bağlıdır”,– deyə mənbə bildirir. Mənbə daha maraqlı bir detalı açıqlayır. Onun sözlərinə görə, son vaxtlar Sürət Hüseynovla Moskvadakı “Motrosskaya tişina” həbsxanasının azərbaycanlı rəisi Fikrət Tağıyev (onun adı “Maqnitski siyahısı”na salınıb – red) arasında yaxınlaşma müşahidə olunur: “Fikrət Tağıyev çox qapalı adamdır. İndiyə qədər onun hansısa azərbaycanlı ilə iş məsələsindən kənarda yaxınlaşması görünməyib. Surət Hüseynovu yaxına buraxması polkovnikin Kreml dairələrində də müəyyən çərçivələrdə qəbul edildiyini göstərir. Bundan başqa, onun general Şerbakovla münasibətləri yüksək dairələrdə qəbul edilməsi üçün yaşıl kartdır”. Mənbə qeyd edir ki, Surət Hüseynovun rəhbərlik edəcəyi diasporun təşkilatının sentyabrda ictimaiyyətə təqdim ediləcəyi gözlənilir. “Yay ərəfəsində isə təşkilatlanma işləri həyata keçiriləcək. Surət Hüseynovun adından Azərbaycanda nümayəndələrin gələcəyi də gözləniləndir,”– deyə mənbə bildirir.
Asif Nərimanlı
-
Nida Xəbər 14:25Azərbaycanlı hərbçilər İran ordusunu tərk edir
-
Nida Xəbər 13:30Müdafiə Nazirliyi bəyanat yaydı - Hücum cavabsız qalmayacaq
-
Nida Xəbər 12:58Naxçıvana neçə PUA ilə hücum edilib? - İran səfirliyi
-
Sosial12:27Naxçıvandan daha bir - Video
-
Hadisə12:18İranın Naxçıvanı vurmasının detalları bəlli oldu: Hücum davam edir - Video
-
Dünya11:35Qaçılmazdır: Yaxın günlərdə neft bu qiymətə olacaq
-
Sosial11:32Nicat Kazımova yeni vəzifə verildi
-
Nida Xəbər 10:34Əli Əsədov qərar imzaladı
























.jpg)


.jpg)






