Nida Təhlil
Naxçıvana hücumun izahı yoxdur: Azərbaycan və Türkiyə qisas alacaq
"Naxçıvana hücumu şiddətlə qınayırıq. Bu, Azərbaycanın ərazi hüququnun pozulmasıdır".
Bunu Publika.az-a açıqlamasında Türkiyənin Azərbaycandakı sabiq səfiri, “İMZA” İctimai Birliyinin Türkiyədəki nümayəndəsi Hulusi Kılıç deyib.
Onun sözlərinə görə, davam edən gərginliyin həll olunması üçün artıq diplomatiyaya şans verilməlidir:
“İran rəsmilərinin Türkiyəyə atılan raketlə bağlı izahatını etibarlı hesab etdik. Lakin bu gün Naxçıvan Hava Limanına edilən hücumun izahı yoxdur. İran həm Türkiyənin, həm də Azərbaycanın qonşusudur. İranda təxminən 35-40 milyon Azərbaycan türkü yaşayır. Bu səbəbdən İranda baş verənləri narahatlıqla izləyirik. Bu müharibə gündən-günə təhlükəli ölçülərə çatır. Atəşkəsin mümkün qədər tez bağlanmasını və problemin diplomatiya yolu ilə həll olunmasını gözləyirik”.
Hulusi Kılıç vurğulayıb ki, Azərbaycan və Türkiyənin belə situasiyalarda qisas almaq hüququ var:
“Azərbaycan öz ərazisini və hava məkanını idarə etmək və vətəndaşlarına ən kiçik bir zərərin belə qarşısını almaq gücünə malikdir. İran rəsmilərinin ağıllı olması vacibdir. Əks halda, Türkiyə və Azərbaycan qisası alacaq. Heç kim Türkiyənin və Azərbaycanın gücünü sınamamalıdır. Cəhd edənlər 44 günlük Vətən Müharibəsi zamanı baş verənləri gördülər. Buna görə də, atəşkəsin mümkün qədər tez əldə edilməsi üçün nə lazımdırsa, edilməlidir.
Həmçinin İrandan Körfəz ölkələrinə atılan raketlərə də haqq qazandırmaq olmaz. Çünki bu, İranla həmsərhəd olan ölkələrin ərazi bütövlüyünün pozulmasıdır”.
Roza Şəfiyeva
-
ABŞ02:43Tramp bəyan etdi: Hörmüz minalardan tamamilə təmizlənib
-
Qoroskop01:40Günün ulduz falı: emosional qərarlar verməkdən çəkinin
-
Hadisə00:27Azərbaycan-Ermənistan sərhədində zəlzələ oldu - Yeniləndi
-
Nəqliyyat10 Avqust 21:39Sabahdan Bakıda bu yollar bağlanacaq
-
Region10 Avqust 20:36Xamenei fərman imzaladı: İranda hərbi rəhbərlikdə yeni təyinatlar
-
Hadisə10 Avqust 19:5017 yaşlı Gülnaz qardaşını xilas edərkən boğulubmuş - Foto
-
Kriminal10 Avqust 19:10Azərbaycanda "WhatsApp" istifadəçiləri belə aldadılır - DTX xaricdən idarə olunan şəbəkə barədə xəbərdarlıq etdi
-
Kriminal10 Avqust 18:1010 milyon dövriyyəsi olan onlayn mərc şəbəkəsi ifşa olundu - Həbs edilənlər var



































