Nida Təhlil
İranın Naxçıvana hücumu: Molla rejiminin riyakar planı nədir?
İranın “Şahid” PUA-ları ilə Naxçıvan hava limanına hücumu etdi. Rəsmi məlumata görə, hücum nəticəsində hava limanına ciddi ziyan dəyib, iki nəfər xəsarət alıb.
Molla rejiminin məqsədyönlü şəkildə həyata keçirdiyi hücumun iki hədəfi var.
Birincisi, müharibəni regional müstəviyə yaymaqdır.
Region ölkələrində mülki obyektlərə - hava limanları, enerji infrastrukturu və otellərə hücum edən İran rejimi müharibə arealını genişləndirir. Məqsəd bölgənin təhlükəsizliyini təhdid etmək, hücuma məruz qalan region ölkələrinin ABŞ və İsrailin hücumlarına qarşı çıxmasına nail olmaqdır. Müharibənin başlanmasından sonra əsasən körfəz ölkələrini hədəfə alan İranın dünən Türkiyəyə, bu gün isə Azərbaycana hücum etməsi molla rejiminin müharibəni Yaxın Şərqdən sonra bizim regionumuza da köçürmək planının tərkib hissəsidir.
İkincisi, Naxçıvan hava limanına hücum Azərbaycana qarşı birbaşa terror aktıdır.
Molla rejiminin Naxçıvanda məhz ən strateji nöqtəni – hava limanını hədəfə alması təsadüfi deyil. Bu, Azərbaycana, o cümlədən, strateji müttəfiqimiz olan Türkiyəyə təhdid xarakter daşıyan addımdır.
Bu hücum İranda molla rejiminin nankorluğu və riyakarlığını da açıq şəkildə nümayiş etdirdi. Çünki Azərbaycan İran başda olmaqla bütün region ölkələri ilə münasibətlərə daim qonşuluq prinsipindən yanaşıb. İndiyə qədər İrana qarşı olan heç bir siyasətə qoşulmamaqla bu mövqeyini praktiki müstəvidə həyata keçirib: Tehrana qarşı sanksiyalara qoşulmayıb, heç bir hücumda platforma rolunu oynamayıb;
Əvvəldən İrana hücumlara qarşı olub, hazırda da müharibənin dayandırılması, tərəflərin danışıqlar masasına qayıtması üçün yardım etməyə hazırdır. Prezident İlham Əliyevin İranın dini liderinin ölümü ilə bağlı dərhal başsağlığı verməsi, səfirliyi ziyarət etməsi də rəsmi Bakının bu siyasətinin əyani nümunəsidir. Hətta Azərbaycan İrana humanitar yardım göndərməyi də planlaşdırırdı. Bu, İrandakı molla rejimindən fərqli olaraq, Azərbaycanın riyakar siyasət yürütmədiyi, qonşu ölkələrə daim dəstək olmasının nümunəsidir. Molla rejimi isə Azərbaycanın qonşuluq siyasətinə mülki obyektə hücum etməklə cavab verdi. Naxçıvan hava limanına hücumun bir adı var: terror aktı;
Mülki infrastruktura hücum İranın molla rejiminin riyakar mahiyyətini də ortaya çıxarır. Təbii ki, Azərbaycan bu hücuma lazımi reaksiya verəcək. Artıq İran səfirliyi Xarici İşlər Nazirliyinə dəvət olunub. Təcrübə təsdiq edir ki, Azərbaycana hücum edənlər hər zaman peşman olublar. Molla rejimi də bu terror hücumuna görə peşman olacaq.
Asif Nərimanlı
-
Hadisə00:27Türkiyə gəmisinə dron hücumu: yaralıların son vəziyyəti açıqlandı - Yeniləndi
-
Dünya3 Avqust 22:46Zelenski bu səfirləri vəzifələrindən azad etdi
-
Hadisə3 Avqust 22:18Azərbaycanda zəlzələ oldu
-
İdman3 Avqust 22:04İnfantino qorxuya düşüb: Ümidi Trampa qalıb - İddialara Ağ Evdən cavab gəldi
-
Region3 Avqust 21:13İstanbulda torpaq sürüşməsi baş verdi - Dağıntılar altında qalanlar var
-
ABŞ3 Avqust 20:12İran ya saziş bağlamalı, ya da təslim olmalıdır! - Tramp
-
Banklar 3 Avqust 19:10Kartla köçürməni qohuma etdiyimizi bank necə aydınlaşdıracaq?
-
Ekologiya3 Avqust 18:20İlin son Günəş tutulması baş verəcək



























.jpg)
.jpg)






