Nida.az
Ziyafət Əsgərov:” Beynəlxalq hüquq çox dərin bir depressiyadadır”
”NATO Parlament Assambleyasının “Rouz-Rout” seminarının Bakıda keçirilməsi zamanı bizim əsas məqsədimiz Dağlıq Qarabağ münaqişəsinin müzakirəsi idi. Buna Dağlıq Qarabağla bağlı keçirilən paneldə nail olduq”.
Publika.Az xəbər verir ki, bu barədə vitse-spiker Ziyafət Əsgərov Milli Məclisin bu gün keçirilən iclasında deyib.
Z. Əsgərov qeyd edib ki, seminarda müzakirə olunan məsələlərdən biri də bu gün dünyada mövcud olan münaqişələrin həlli məsələsində beynəlxalq hüququn yeri idi.
”Bu seminarda bir daha əmin olduq ki, bu gün beynəlxalq hüquq çox dərin bir depressiyadadır, böhrandadır. Beynəlxalq hüquq kimin problemini həll edib ki? BMT ona lazım olan dövlətlərin çubuğu ilə və ya tapşırığı ilə nəsə edir. Amma əslində obyektiv bir təşkilat olaraq heç onun qapısını döyən yoxdur. Ona görə də hesab edirəm ki, bu gün beynəlxalq hüquq böyük dövlərin əlindədir, onlar üçün məşğuliyyətdir, əyləncədir, kiçik dövlətlər üçün isə məhdudiyyətdir”-deyə vitse-spiker bildirib.
Z. Əsgərov deyib ki, bu gün hər bir dövlət özü özünə güvənməlidir: “Bizim seminarda çıxardığımız nəticə bundan ibarətdir. Biz özümüzü gücləndirməliyik və dövlət başçımızın ətrafında sıx birləşib problemlərimizin həllinə çalışmalıyıq”.
Asif
-
Ekologiya18:45
Hava ilə bağlı XƏBƏRDARLIQ
-
Nida Xəbər 18:15
Ermənistanla sərhəddə 40 dirək quraşdırıldı
-
Sosial17:38
Bakı dünyanın İdman Paytaxtı seçildi
-
İdman16:48
Qazaxıstanlı milyarder İngiltərədə klub aldı
-
Region15:59
Nazir müavininin oğluna 7 il həbs cəzası verildi
-
Sosial15:10
Cəsarət Valehova vəzifə verildi
-
Hadisə14:33
Azərbaycanlı vəkil həbs edildi
-
Nida Xəbər 13:43
Axırda Köçəryanı, Sarkisyanı göstərəcəklər: Simonyan sərhəddəki aksiyanı ələ saldı