İordaniyadakı səfirliyimiz TƏHLÜKƏDƏ - ÖZƏL
Bizi izləyin

Nida.az

İordaniyadakı səfirliyimiz TƏHLÜKƏDƏ - ÖZƏL

İraqda və Suriyada baş verən son hadisələr Azərbaycanın İordaniya Haşimilər Krallığındakı səfirliyinin fəaliyyətində problemlər yaradıb.

Publika.az-ın səfirlikdən əldə etdiyi məlumata görə, hazırda bu ölkədə fəaliyyət göstərən Azərbaycan səfirliyi gücləndirilmiş rejimdə mühafizə olunur.

Hazırda İordaniyada olan azərbaycanlılara ehtiyatlı olmaları tövsiyə olunur.

Sözügedən məsələ ilə əlaqədar Azərbaycanın İordaniya Haşimilər Krallığındakı səfiri Sabir Ağabəyov Publika.az-a açıqlamasında deyib ki, hələlik vəziyyət elə də yaxşı deyil:

“Bilirsiniz ki, Suriyada və İraqda problemlər var. Yəni, İordaniya rəhbər şəxsləri xarici ölkələrdə olur, müzakirələr aparır. Hələlik vəziyyət yaxşı deyil”.

Vasif Həsənli

Oxumağa davam et
Reklam
Reklam

Gündəm