Nida.az
Dağlıq Qarabağın azərbaycanlı icması toplandı
“Azərbaycan Respublikası Dağlıq Qarabağ Bölgəsinin Azərbaycanlı
İcması” İctimai Birliyinin mərkəzi qərargahında 2013-ci ildəki
fəaliyyətin yekunlarına və 2014-cü ildə qarşıda duran vəzifələrə
dair
hesabat iclası keçirilib. Birlikdən Publika.Az –a verilən məlumata görə, iclası
giriş sözü ilə açan birliyi İdarə Heyətinin sədri, icma rəhbəri
Bayram Səfərov İdarə heyətinə və icma üzvlərinə görülən işlər
barədə ümumi məlumat verib.
Sonra İctimai Birliyin Əlaqələndirmə Şurasının sədri Orxan Əkbərov İcmanın 2013-ci ildə həm ölkə daxilində, həm də xarici ölkələrdə həyata keçirdiyi tədbirlər barədə geniş məlumat verib və 2014-cü ildə qarşıda duran vəzifələr haqqında danışıbdır.
Daha sonra Qarabağ Araşdırmalar Mərkəzinin rəhbəri Elçin Əhmədov Mərkəzin yaradılmasının məqsədləri və gələcək fəaliyyət istiqamətləri haqqında ətraflı məlumat verib.
Hesabatlar dinlənildikdən sonra icmanın idarə heyətinin üzvləri, Bakı Musiqi Akademiyasının rektoru Fərhad Bədəlbəyli, Bakı Slavyan Universitetinin rektoru Kamal Abdulla çıxış edərək ötən dövr ərzində keçirilən tədbirləri dəyərləndirib, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi haqqında dünya birliyinin məlumatlandırılması istiqamətində görülən işləri yüksək qiymətləndiriblər.
İdarə heyətinin üzvləri, Xocavənd rayon icra hakimiyyətinin
başçısı Eyvaz Hüseynov və Milli Məclisin deputatı Elman Məmmədov
çıxış edərək icmanın daha operativ və fəal olduğunu
bildiriblər.Toplantıda qeyd edilib ki, icmadaxili və beynəlxalq
ictimaiyyət arasında genişmiqyaslı fəaliyyətin daha səmərəli
təşkili məqsədilə yeni fəaliyyət istiqamətlərinin qurulması
təqdirəlayiqdir.
Asif
-
Nəqliyyat6 May 23:16
Bu yolda sürət həddi 20 km/saata endirildi
-
Magazin16 May 23:04
İllərlə küsülü olan Brilliant Dadaşova və Abbas Bağırovun rəqsi - VİDEO
-
Dünya6 May 21:33
HƏMAS-la İsrail atəşkəs barədə razılaşdı
-
Sosial6 May 21:23
Deyirlər ki, puluna görədir... - 17 yaşlı qızla nişanlanan 37 yaşlı kişinin anası DANIŞDI - VİDEO
-
İdman6 May 21:13
22 yaşlı idmançı faciəvi şəkildə öldü
-
Qoroskop6 May 21:05
Bürclərin ən zəhlətökən xüsusiyyətləri
-
Magazin16 May 20:36
"Həcim olsaydı, dərdim nə idi?" - Müğənnidən qalmaqallı açıqlama - VİDEO
-
MDB6 May 19:50
Rusiyadan Qərbə xəbərdarlıq