Nida.az
USAID-in “gizli qrant elanı”, yaxud Azərbaycan üçün yeni ssenari yazılır?
ABŞ Beynəlxalq İnkişaf Agentliyinin (USAID) 2,4 milyonluq qrantı QHT-lərə ayırmamış özü ilə qaranlıq sualları da gətirdi. Azərbaycan məkanı üçün 2,4 milyon dollar qrant kifayət qədər böyük məbləğdir. Təşkilat bunu medianın inkişafı üçün qarşıdakı 3 il müddətinə nəzərdə tutur. İlk baxışdan, xeyirxah bir humanitar addım olan bu qrant layihəsi yaddaşlarda “yumşaq müdaxilə” siyasətini oyadır. Hansı ki, bu günə qədər Bakı dalanlarında bunun şahidi olmuşuq.
Cəmi 7 gün, yoxsa eyni konstruksiyalı
ssenarilər?
Qrant müsabiqəsinin elan edilməsi və sənədlərin qəbulu müddəti
beyinlərdə ilk sualı yaratdı. Cəmi 7 gün. İyulun 30-da başlayan
qrant layihələrinin qəbulu iyulun 7-də başa çatdı. Bu dar çərçivəli
bir layihənin hazırlanması üçün kifayət qədər az müddətdir, halbuki
söhbət milyonluq layihələrdən gedir. Digər məqam, qrant
müsabiqəsinin ictimaiyyətləşdirilməməsidir. Təşkilat sanki gizli
olaraq müsabiqəni elan etdi və qəbulun vaxtı bitdi. Xəbərlər
müsabiqənin vaxtı bitəndən sonra ortaya çıxdı. ABŞ səfirliyi isə
iddiaları təkzib edir və USAID-in müsabiqə elanını açıq formada
etdiyini deyir.
Lakin iddialar yetərincə əsaslıdır. Belə ki, təşkilatın, əslində, müsabiqə haqda hökumət əleyhinə olan, daha çox qərbyönümlü bir sıra təşkilata məlumat verdiyi deyilir və müsabiqənin “qalibləri” də məhz həmin təşkilatlar olacaq.
Bu təşkilatların adı hələ ki bəlli deyil, amma bunu təsəvvür
etmək o qədər də çətin deyil. Söhbət Qərbin ölkənin içinə
yerləşdirdiyi “minalar"dan gedir. Bir düymə ilə partlayacaq və
lazımi situasiya yaranacaq. Eyni konstruksiyalı ssenariləri biz son
10 il üçün xroniki olaraq izləmişik.
Humanitar üzlü təşkilat və ya 9 milyon kimə
verilib?
USAID (ABŞ Beynəlxalq İnkişaf Agentliyi) Azərbaycan üzərində
fəaliyyəti də maraqlı faktlarla izlənilir. 1992-ci ildən ölkəyə
qrant ixrac edən təşkilatın xasiyyətnaməsində deyilir: “Təşkilat
ABŞ hökumətinin xarici yardım üzrə agentliyidir. Agentlik
uzunmüddətli iqtisadi inkişafa nail olmaq istiqamətində
fəaliyyətləri dəstəkləyir və dünyanın müxtəlif regionlarında yardım
proqramları həyata keçirir. USAID-in əsas diqqəti uzunmüddətli
iqtisadi və sosial inkişafa yönəlib. USAID tərəfindən həyata
keçirilən proqramlar kənd təsərrüfatı və ticarət, qlobal səhiyyə,
demokratiya və humanitar sahələrin inkişafına kömək etmək məqsədi
daşıyır”.
Araşdırmalara görə təşkilat 1992-dən Azərbaycana 300 milyon dollar
həcmində qrant ayırıb. Əsas istiqamət vətəndaş cəmiyyəti üzərində
işləməkdir. Mətbuatda yayılmış məlumatlara görə, son illər ərzində
təşkilat 8 milyon 200 min dollar, daha sonra 93 min manat vəsait
ayırıb.
Ayrılan vəsait əsasən Qərbyönümlü “Açıq Fikir Universiteti” (bu universitetin bağlanmasına birbaşa ABŞ hökuməti reaksiya vermişdi-red), “Seçkilərin Monitorinqi və Demokratiyanın Tədrisi Mərkəzi” (rəhbəri məşhur qərbpərəst Anar Məmmədli-red) və bu səpkidən olan təşkilatlar arasında bölüşdürülüb.
Qərbin hazırladığı “sürprizlər”
USAID-in “gizli elanı”nın ortaya çıxardığı ehtimallar diqqətləri 2015-ci ilə yönəldir. Parlament seçkilərinə iki ildən də az vaxt qalıb. Nəyə görə parlament seçkiləri? Çünki bütün siyasi ssenarilərin reallaşması üçün ən münbit şərait məhz seçki dönəmində yaranır. Və əsas sual: təşkilatın təsnifatı humanitar yardımlar olduğu halda, nə üçün diqqətlər 2015-ə yönəlir.
Beynəlxalq münasibətlər sistemində vətəndaş cəmiyyətləri üzərində siyasi xəttin yürüdülməsi əsas elementə çevrilib. Bu sistem SSRİ dağılandan sonra olduqca səmərəli, işlək sistemə çevrildi. Xüsusilə müstəqilliyini yeni qazanmış kiçik ölkələrin idarə olunmasında “humanitar yardımlar” siyasəti işə salındı. Bu baxımdan, Qərbin “2015 planını” USAID vasitəsilə reallaşması ehtimalı güclənir.
Əslində, rəsmi Bakı ilə Vaşinqtonun münasibətləri bunun fonunda
dramatik deyil, əksinə, müsbət məcrada davam edir deyə bilərik.
Lakin Qərb öz ehtiyatını heç vaxt əldən vermir və hökumətlər üçün
öz ölkələrində “sürprizlərini” də hazırlamağı unutmur. Bunun üçün
ideal variant qrantların ona işləyən təşkilatlara ayılmasıdır.
“Şef həmişə haqlıdır”- Qərbin “Kimə işlədiyinizi
unutmayın” mesajı
Bu fikri qüvvətləndirmək üçün Azərbaycana aid bir misal çəkmək mümkündür. Belə ki, vaxtilə Qərb qrantlarından ən çox istifadə edən yerli QHT ADİF (Azərbaycanda Demokratiyanın İnkişafına Yardım Fondu) hesab olunurdu. ADİF-in sədr müavini, əslində isə, faktiki sədri AXCP sədrinin keçmiş müavini Fuad Mustafayev idi. Yayılan xəbərlərə görə, Əli Kərimlinin müavini kabinetində başı üzərində Corc Buşun portretini asmış, üzərindən “Şef vseqda prav” deyə yazmışdı. F. Mustafayev bu xəbərləri təkzib etmədi və bir zarafat adlandırdı. Lakin sonradan ortaya çıxan məlumatlara görə, bu USAID-in “kimə işlədiyinizi unutmayın” sifarişi idi.
Həqiqətən də, USAID-ə işləyənlər, daha doğrusu, təşkilatın etimad göstərdiyi şəxs və qurumlar həmişə hökumətin əleyhinə olanlar, dolayısı ilə, siyasi müxalifətə bağlı olanlardır.
Görünür, Qərb Azərbaycan üçün yeni ssenarilər üzərində düşünür. Bu ssenaridə yer alanlarsa “şef həmişə haqlıdır” şüarını unutmayanlar olacaq.
Asif Nərimanlı
-
Rəsmi xronika15:18
Azərbaycanla Ermənistan arasında... - İlham Əliyev
-
Sağlamlıq14:56
Bu qan qrupuna aid olan insanlarda insult riski YÜKSƏKDİR
-
Dünya14:01
Sensasion iddia: Asiyada müharibə bu paslı gəmiyə görə başlayacaq - FOTO
-
Nida Xəbər 13:32
İlham Əliyev Almaniyada mühüm tədbirdə çıxış etdi - Yeniləndi
-
Nida Təhlil 13:10
Türkiyə hərbçiləri Qarabağa niyə gətirilmişdi? - Əliyevin strateji planı
-
Sosial12:58
Sabah 32 dərəcə isti olacaq
-
Nida Xəbər 12:16
XİN Avropa Parlamentinə cavab verdi
-
Nida Xəbər 10:29
Qriqoryan İrana hesabat verdi: Delimitasiya ilə bağlı