Nida.az
“Fələstinlilər” və “israillilər”: Azərbaycan ikiyə bölündü –Təhlükəli tendensiya
Üç gün öncə İsrail ordusunun Qəzzaya girməsi və hazırda davam edən İsrail-Fələstin savaşı Suriya və İraqda baş verənlərdən sonra Azərbaycan cəmiyyətinə ən çox təsir edən növbəti hadisə oldu.
Qəzzada savaş davam edir, İsrail hücumuna adekvat cavab kimi haqq qazandırır, fələstinli uşaqların ölüm fotoları yayılır. Bu heç kimin istəmədiyi bir müharibədir, amma davam edir. Bəlkə, nə vaxtsa sülh olacaq, bəlkə də, heç vaxt bu sülh olmayacaq. Hər iki tərəf Azərbaycanın dövlət səviyyəsində münasibətlər saxladığı ölkədir. Rəsmi Bakının buna mövqeyi sülh və ərazi bütövlüyü çərçivəsindədir.
Lakin Azərbaycan üçün təhlükəli tendensiya İsrail-Fələstin müharibəsində cəmiyyətin bölünməsidir. Bu heç bir insanın, o cümlədən azərbaycanlıların istəmədiyi müharibədir. O da həqiqətdir ki, bizim müharibə deyil. Amma son 3 gündə Azərbaycan cəmiyyəti ikiyə bölünüb: “fələstinlilər” və “israillilər”.
Sosial şəbəkələr üzərində aparılan qızğın mübahisələr bir-birini təhqir formasına qədər gedib çıxdı. Hətta küçələrə çıxıb qarşı-qarşıya durmaq istəyənlər də oldu.
Kimilər İsrailin hücumunu özünümüdafiə adlandıraraq haqq qazandırır, kimilər fələstinli uşaqların göz yaşlarını öz yanaqlarından axıdır. Kiməsə niyə belə edirsən demək olmaz, amma başqa müharibələrə görə öz insanına nifrət bəsləmək də doğru deyil.
Faktiki olaraq, cəmiyyət üçün yaranan bu təhlükəli tendensiya Azərbaycan üçün nə ilə nəticələnə bilər?
Politoloq Natiq Miri Publika.az-a açıqlamasında deyib ki, Azərbaycan cəmiyyətin bölünməsinə səbəb olan İsrail-Fələstin savaşı bizim üçün kənar müharibədir: “Bu gün İsrail Fələstində uşaqları öldürür, insanları qətlə yetirir və bu, pislənən bir hadisədir. Bir insan kimi bunu pisləmək haqlı yanaşmadır. Amma bu müharibəyə görə, Azərbaycan insanının bir-birini ittiham etməsi doğru yanaşma deyil.
Bu, təhlükəli tendensiyadır. Suriya müharibəsi başlayanda iki bölünən cəmiyyətimiz sonda öz insanının Suriyaya döyüşə getməsinin şahidi oldu. Bir qrup Əsədə qarşı, bir qrup Əsəd tərəfindən döyüşdü. İndi bu məsələyə görə qatı şəkildə bir-birinə mənfi münasibət bəsləyən Azərbaycan vətəndaşının Qəzzaya getməyəcəyinə kim zəmanət verə bilər? Yəni bu, o qədər də xoşagələn hal deyil”.
Asif Nərimanlı
-
Qoroskop00:20
Günün qoroskopu: ünvanınıza çox tənqid səslənəcək...
-
Nəqliyyat6 May 23:16
Bu yolda sürət həddi 20 km/saata endirildi
-
Magazin16 May 23:04
İllərlə küsülü olan Brilliant Dadaşova və Abbas Bağırovun rəqsi - VİDEO
-
Dünya6 May 21:33
HƏMAS-la İsrail atəşkəs barədə razılaşdı
-
Sosial6 May 21:23
Deyirlər ki, puluna görədir... - 17 yaşlı qızla nişanlanan 37 yaşlı kişinin anası DANIŞDI - VİDEO
-
İdman6 May 21:13
22 yaşlı idmançı faciəvi şəkildə öldü
-
Qoroskop6 May 21:05
Bürclərin ən zəhlətökən xüsusiyyətləri
-
Magazin16 May 20:36
"Həcim olsaydı, dərdim nə idi?" - Müğənnidən qalmaqallı açıqlama - VİDEO