Nida.az
Uorlik Qarabağdan tvit yazdı
ATƏT-in Minsk Qrupunun amerikalı həmsədri Ceyms Uorlik sözügedən təşkilatın nümayəndələri ilə görüşüb. Bu barədə amerikalı həmsədr öz "Twitter" səhifəsində yazıb.
C.Uorlik qeyd edib: "Mən ATƏT-in nümayəndələrinə xatırlatdım ki, Dağlıq Qarabağ münaqişəsinin həlli hətta çoxsaylı qlobal problemlərlə yanaşı prioritet olmalıdır".
Qeyd edək ki, C. Uorlik dünən Minsk qrupunun nümayəndələrini və ATƏT-in baş katibini Dağlıq Qarabağ münaqişəsinə dair son müzakirələr barədə məlumatlandırmaq üçün Vyanaya yollandığı barədə məlumat vermişdi.
ATƏT-in Minsk qrupunun həmsədrləri Brüsseldə Avropa İttifaqı Şərq Tərəfdaşlığı proqramına daxil olan ölkələrin xarici işlər nazirlərinin 5-ci görüşü çərçivəsində Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarovla görüşüblər.
Görüşdə ictimaiyyətə yaxşı məlum olan prinsiplər və eləcə də həmsədr ölkələrin səsləndirdikləri bəyanatlar əsasında Dağlıq Qarabağ münaqişəsinin həlli prosesinin sürətləndirilməsi yolları müzakirə edilib.
-
Ekologiya02:00
Güclü maqnit qasırğası başladı - Nələr olacaq?
-
İdman01:10
Mbappe gedəcəyini elan etdi - Bu oyunda vida mərasimi olacaq
-
Qoroskop00:43
Günün qoroskopu: planlar pozulacaq - Bunları edin!
-
İdman10 May 23:46
Lalə Kramarenko: Azərbaycanın təklifini qəbul etmək xəyanət olar
-
Sosial10 May 23:34
Dünya rekordçusu olan laçınlı nənə Heydər Əliyevlə bağlı xatirələrini bölüşdü - VİDEO
-
Ekologiya10 May 23:10
Günəşdə 25 ilin ən güclü partlayışı baş verdi
-
Art10 May 22:21
Murad Muradov süni nəfəs aparatına qoşulub - YENİLƏNDİ
-
Elm və təhsil10 May 22:00
Abituriyentlərin NƏZƏRİNƏ: nəticələr elan olundu