Nida.az
Qarabağda lokal döyüşlərin başlama səbəbləri AÇIQLANDI
“Son günlər cəbhə xəttində yaranan gərginlik Rusiyanın siyasi ideologiyasının istəyi ilə baş verir”.Publika.Az-ın məlumatına görə, bunu jurnalistlərə açıqlamasında Bakı Dövlət Universitetinin (BDU) Beynəlxalq hüquq kafedrasının müdiri, Xəzərin problemləri üzrə ekspert Rüstəm Məmmədov bildirib.
Onun sözlərinə görə, Rusiya bununla Azərbaycana təzyiq etmək və öz tərəfinə iqtiqamətləndirmək istəyir. R.Məmmədov deyib: “Ancaq Azərbaycanın xarici siyasəti balanslaşdırılıb və bu doğru modeldir. Birmənalı şəkildə Qərbi qoyub ancaq Rusiya ilə sıx münasibət yaratmaq Azərbaycan dövlətinin maraqlarına və ulu öndər Heydər Əliyevin miras qoyduğu siyasətə ziddir. Azərbaycan prezidenti həm Qərb, həm də Rusiya ilə eyni səviyyədə dövlət münasibətləri yaradıb. Bu balanslaşdırılmış siyasət bu gün də uğurla davam etdirilir”.
Politoloq qeyd edib ki, yaxın illərdə Dağlıq Qarabağda müharibənin başlayacağını düşünmək indi məntiqsiz görünür: “Bu, real deyil. Çünki bu regionda müharibənin başlamasına dünya gücləri heç zaman imkan verməz. Qarabağ düyünü yalnız dünyada geosiyasi baxışlar dəyişəndən sonra açıla bilər”.
Vasif Həsənli
-
Region17:10
Ermənistanda 2 nəfər öldü, 300 nəfər təxliyə edildi - Paşinyan fəlakət bölgəsinə getdi - YENİLƏNDİ
-
Hadisə16:27
Kür çayı məcradan çıxıb - FHN məlumat yaydı
-
Qoroskop13:20
Bu gündən bütün bürclərin taleyi dəyişir: 2025-ci ilin iyununa qədər bunlar BAŞ VERƏCƏK
-
Hadisə12:50
Qazaxda iki çay daşdı, bəzi əraziləri su basdı
-
Ekologiya11:50
Bakıda tozlu hava şəraiti nə qədər davam edəcək?
-
Hadisə10:30
Bakıda binada yanğın: sakinlər təxliyə edildi
-
Nida Xəbər 10:24
Ermənistan ordusu Qazaxla sərhəddən çəkilmir? – Bəyanat yaydılar
-
Sosial10:08
Qurban bayramında neçə gün qeyri-iş günü olacaq?