Nida.az
Erməni əsir: ”40 litr təmiz araq çəkmişəm”
Erməni diversiya qrupunun bələdçisi özünü gah dövlət təhlükəsizlik xidməti orqanlarının işçisi, gah da üzümçü kimi təqdim edir
Yanvarın 28-də sərhədin Tovuz istiqamətində, daha dəqiq desək Əlibəyli kəndi yaxınlığında erməni diversiya qrupunun bələdçisi Mamika Tiqranoviç Xocayan ANS-in suallarını cavablandırıb. Özünü yaxşı hiss etdiyini deyən erməni əsir burda ona göstərilən diqqətdən razıdır.
Xocayan özü barədə isə qarışıq məlumatlar verir. Gah dövlət təhlükəsizlik xidməti orqanlarının yaxşı bir işçisi, gah da spirtli içki hazırlayan üzümçü kimi təqdim edir. Hazırda xəstəxanada erməni əsirin müalicəsi davam etdirilir.
“Ermənistanda 2 dənə böyük bağım var. 2 maşınım var. Həmin 2 maşınla həyətimdəki üzümü yığıb əzib sıxmışam. 20-40 litr təmiz araq çəkmişəm. Özümü burda yaxşı hiss edirəm. Yıxılmışam qolum sınıb, indi hər şey yaxşıdır, qolum da yaxşıdır, burda mənə yaxşı baxırlar”.
Həkimlər onun vəziyyətinin kafi olduğunu deyirlər.
-
İdman16:48
Qazaxıstanlı milyarder İngiltərədə klub aldı
-
Region15:59
Nazir müavininin oğluna 7 il həbs cəzası verildi
-
Sosial15:10
Cəsarət Valehova vəzifə verildi
-
Hadisə14:33
Azərbaycanlı vəkil həbs edildi
-
Nida Xəbər 13:43
Axırda Köçəryanı, Sarkisyanı göstərəcəklər: Simonyan sərhəddəki aksiyanı ələ saldı
-
Rəsmi xronika12:50
İlham Əliyev bu sazişi təsdiqlədi
-
Rəsmi xronika12:31
Bu şəxslər cəzalandırılacaq
-
ABŞ12:08
ABŞ-da sensasion plan: Bayden namizədliyini geri götürür, Obama...