Nida.az
Gülağa Aslanlıdan ittihamlara cavab: “Bu qərar müzakirə olunmur”
“Hüseyn Məlik mənim nə dediklərimi diqqətlə oxusun və ondan sonra danışsın”.
Publika.az-a açıqlamasında bu sözləri Müsavat Partiyası başqanının müavini Gülağa Aslanlı partiyadan istefa verən sabiq müşavir Hüseyn Məlikin ittihamlarına cavab verərkən deyib.
Başqan müavini bildirib ki, onun H. Məlikin nə ərizəsindən, nə də bəyanatından xəbəri olmayıb: “Jurnalistin sualına cavab olaraq demişəm ki, mən faktlara əsaslanıram, kimin nə deməyinə fikir vermirəm. Bunun Hüseyn Məlikə heç bir aidiyyəti yoxdur. Mən onun getməsi haqda şərh verməmişəm, vermək fikrim də yoxdur”.
G. Aslanlı qeyd edib ki, H. Məlik partiyadan çıxarılmayıb: “Sadəcə
olaraq, başqan onunla görüşərək danışıb və müşavir vəzifəsindən
çıxarılması barədə qərarını verib. Bu qərar müzakirə olunmur, çünki
nizamnaməyə görə yalnız başqanın səlahiyyətinə aiddir”.
Qeyd edək ki, Müsavatdan istefa verən H. Məlik G. Aslanlıya “onun
halına acıyıram” deyərək ittihamlar səsləndirib.
Asif
-
Qoroskop00:15
Günün ULDUZ FALI: romantik qarşılaşma ola bilər
-
Magazin15 May 23:48
Xalq artisti: “Mənə səhnənin canavarı deyirlər”
-
Sosial5 May 23:12
Yol polisindən gələn zəng onları dəhşətə gətirdi: "Maşın vurub öldürdü" - VİDEO
-
Sosial5 May 22:25
Xaçmazda 17 yaşlı qız 37 yaşlı kişi ilə nişanlanıb? - DİN-dən AÇIQLAMA
-
Magazin15 May 22:00
Ədalət Şükürovun qızının toyundan GÖRÜNTÜLƏR - VİDEO
-
Sosial5 May 21:48
Nübarlıq gilas satışa çıxdı: qiyməti "əl yandırır" - FOTO
-
Magazin25 May 21:24
Cennifer Lopez ictimaiyyət qarşısına elə libasda çıxdı ki... - FOTO/VİDEO
-
İdman5 May 20:24
UFC debütantı MESAJ VERDİ: "Yeni kral gəlir"