Nida.az
Müsavatda dava xəbərini Əli Kərimli təşkil edib - Şok iddia
Müsavat Partiyasında başqanlığa namizədlər Arif Hacılı ilə Qubad
İbadoğlu arasında olduğu iddia edilən əlbəyaxa dava barədə xəbər
AXCP sədri Əli Kərimli tərəfindən sosial şəbəkələrdə
yayılıb.
Publika.az-a bu barədə müxalifət düşərgəsindəki mənbə məlumat verib.
Məlumata görə, məsələ ilə bağlı ilk xəbər “facebook”da AXCP-nin “Gizli İşgüzar Qrupu”nda müzakirəyə çıxarılıb. Qeyd edək ki, sözügedən qrupun yüzlərlə cəbhəçi üzvü var. Burada müzakirə olunan məsələlər AXCP rəhbərliyi tərəfindən öncədən müəyyənləşdirilir. Gizli qrupa yalnız üzv olanlar baxa bilər və hər kəs bu qrupa qəbul olunmur.
Mənbə qeyd edir ki, həmin informasiyanın yayıldığı mətbuat orqanına bu xəbər məqsədli şəkildə çatdırılıb. Xatırladaq ki, sözügedən xəbər “Bizim yol” qəzetində yayılıb. Əslində jurnalistika təcrübəsində bu cür hallar tez-tez olur. Belə ki, jurnalistə məlumat müxtəlif kanallarla çatdırılır. Mənbə isə bildirir ki, burada məqsəd Müsavat haqqında yalnış rəylərin formalaşdırılmasıdır. Adının açıqlanmasından imtina edən mənbə AXCP-nin gizli qrupuna çıxışı olduğunu iddia edib.
AXCP və Müsavat arasındakı münasibətlər fonunda bu iddialar
həqiqətə yaxındır. Hansı ki, Milli Şuradan Müsavatın istefasından
sonra tərəflər arasında qarşılıqlı gözdənsalma kampaniyaları
aparılır. Bunun üçün əsas müstəvi sosial şəbəkələrdir. Həbslərlə
bağlı Müdafiə Komitələrinin yaradılması iki partiya arasındakı son
qarşıdurmadır. İddialara görə, müdafiə məsələsində Avropa
institutları müxalifətə maliyyə yardımı ayırmaq niyyətindədir.
Ehtimal etmək olar ki, Əli Kərimli belə bir informasiya ilə
Müsavatdakı durumu qərbli nümayəndələrə göstərmək istəyib. Çünki
buna qədər bir neçə dəfə analoji hallar baş verib.
Asif
-
Kriminal18:30
Tanınmış modeli döyməkdə təqsirləndirilən biznesmendən xəbər var - Avropa bankının pulunu mənimsəyib?
-
İdman17:49
Dünya çempionu Messinin yanına gedir? - Müəmmalı paylaşım
-
MDB16:54
Fransız qoşunları Rusiyanın hədəfinə çevriləcək - Zaxarova hədələdi
-
MDB16:18
Rusiya ordusu Ukraynanın daha iki yaşayış məntəqəsini tutdu
-
Rəsmi xronika15:55
Prezidentlərin geniş tərkibdə görüşü oldu - Yeniləndi
-
Nida.az15:25
Prezidentin xanımı Bakıda dolma bükdü - FOTO
-
Kriminal14:53
Bakıda ər gözəllik salonunda arvadını öldürdü: “Düşündüm ki, başqası ilə...” - Şok təfərrüat
-
ABŞ14:23
Dəhşətli terror aktları olacaq: Amerikalı general hazırlıq görməyə çağırdı