Nida.az
Keçmişimizi dərindən bilməliyik - Politoloq
“20 Yanvar faciəsindən 32 il keçməsinə baxmayaraq, biz yenə də Şəhidlər Xiyabanında yaşanan izdihamın şahidi oluruq. Xüsusilə 44 günlük Vətən müharibəsindəki qalibiyyətdən sonra insanların Şəhidlər Xiyabanına axınının davam etməsi olduqca mühüm məna daşıyır. Biz bu günlərdə artıq məktəblilərin, tələbələrin və digər bir çox şəxslərin xiyabana kütləvi şəkildə axışdığını müşahidə edirik. Bu gün dövlətimiz üçün vacib məqamlardan biri mühüm tarixi təqvimlərin, anım günlərinin unudulmaması, bunun daim gənc nəsillər arasında yaşamasıdır”.
Bu sözləri Publika.az-a açıqlamasında politoloq Zaur Məmmədov deyib.
Politoloq qeyd edib ki, vətənpərvərliyin və dövlətçiliyin güclənməsi 20 Yanvar, 26 fevral kimi tarixlərdən asılıdır: “32 il keçməsinə baxmayaraq, MDB məkanındakı dövlətlərdə olan bəzi şəxslər köhnə beyinlərini işə salaraq zənn edirdilər ki, ab-hava hələ də dəyişməyib və həmin ölkənin tankları istənilən zaman sərhədi keçərək öz dövlət maraqlarını təmin edə bilər. Bütün dünya bilməlidir ki, heç bir ölkə yerləşdiyi coğrafiyadan asılı olmayaraq öz dövlət sərhədlərindən kənarda şəxsi maraqlarını həmin xalqın və dövlətin iradəsi olmadan həyata keçirə bilməz. Biz bu gün 20 Yanvar hadisələrini qalib xalq kimi anırıq və həmin faciəni anarkən böyük iftixarla qeyd edə bilərik ki, Azərbaycan xalqı 32 il əvvəl olduğu kimi, bu gün də qəhrəman xalq olduğunu sübut etməkdədir. Xalqımız dəfələrlə müxtəlif ölkələrin tanklarının qarşısına çıxaraq silahsız şəkildə sinələrini qabağa verib və vətən uğrunda ölməyə hazır olduqlarını göstərib. 19 yanvardan 20 yanvara keçən gecə insanların silahsız şəkildə sovet tankları qarşısına çıxması ölümə getmək demək idi. Biz 44 günlük Vətən müharibəsində də gördük ki, soydaşlarımız yaşından və dünyanın harasında yaşamasından asılı olmayaraq, döyüş xəttinə getməyə hazır olduqlarını qeyd edirdilər”.
Z.Məmmədov vurğulayıb ki, düşmənlərimiz və onlara havadarlıq edən qüvvələr başa düşməlidir ki, Azərbaycan xalqı bundan sonra da vətən uğrunda öz canından keçməyə hazır olacaq, qəhrəmanlığını davam etdirəcək: “Bütün bunların nəticəsində öz təcavüzkar planlarını bizim ölkəmizə qarşı davam etdirmək istəyən kəslər də yanıldıqlarını gördülər. Biz bu gün müasir dövrdə gedən proseslərə nəzər yetirərkən şəxsiyyətlər faktorunun da çox önəmli olduğunu görürük. Çünki 20 Yanvar hadisələrindən dərhal sonra Ulu öndər Heydər Əliyevin apardığı prinsipial siyasət, hər kəsin gözü qarşısında sovet hakimiyyətinə qarşı etiraz dolu çıxışı və onun başçılığı ilə dövlət quruculuğu, indi isə Prezident İlham Əliyevin böyük qələbəyə imza ataraq Azərbaycan xalqı üçün tarixi günlər yazmaları əsas amillərdən biridir. Nəhayət, biz 20 Yanvar hadisələrinə qiymət verərkən onu da dərindən dərk etməliyik ki, bu kimi hadisələr unudulmamalı, xüsusilə təhsil müəssisələrində geniş şəkildə təbliğ edilməlidir. Çünki biz gələcəklə bağlı düzgün qərarlar vermək üçün keçmişimizi dərindən bilməliyik”.
-
Ekopublika.az19:10
Azərbaycanda helikopterlər satışa çıxarılır - QİYMƏT
-
Nida Xəbər 18:50
Milli qəhrəmanlardan kimlər sağdır? - Siyahı
-
Kriminal18:40
Azərin şikayəti rədd edildi, Zəhra ev dustaqlığına buraxıldı - Tiktokçulardan xəbər var
-
Sosial16:58
TƏBİB-dən təyyarə qəzasında xəsarət alanlarla bağlı məlumat
-
Cənubi Qafqaz16:10
Ermənistanın keçmiş müdafiə naziri Rusiyada saxlanıldı
-
İKT14:40
Bu proqramları telefonunuzdan dərhal silin: Kredit kartı məlumatlarını oğurlayırlar - SİYAHI
-
Sosial13:40
Uçuşu idarə edən şəxs etiraf etdi – “Təyyarə Qroznıya enə bilərdi, amma...”
-
Sosial12:55
Bakıdan Aktauya uçan təyyarədə problem yarandı