Nida.az
Beynəlxalq təşkilatlar bu məsələyə diqqət yetirməlidir - Deputat
“Dünyada anti-terror koalisiyası var və terrorla hərtərəfli, amansız mübarizə gedir. ASALA öz terror hərəkətlərinə yenidən başlayacağı barədə bəyanat verirsə, onun yerləşdiyi ölkələr həmin bəyanata reaksiya verməli və bütün beynəlxalq təşkilatların da diqqətini bu məsələ cəlb etməlidir”.
Bu fikirləri Publika.az-a açıqlamasında Milli Məclisin deputatı Asim Mollazadə deyib.
Deputatın sözlərinə görə, terror insanlığa qarşı cinayətdir və bu cinayətlərlə bütün dövlətlər, beynəlxalq təşkilatlar öz imkanlarını səfərbər edərək amansız mübarizə aparmalıdır: “Terrora dünyada yer yoxdur. Azərbaycan da öz növbəsində hər zaman beynəlxalq qüvvələrlə birgə terrorla mübarizə aparıb. Təbii ki, Azərbaycan üçün terror təhlükəsi yaranarsa, mütləq özünü qoruyacaq və bununla bağlı bütün zəruri addımları atacaq”.
A.Mollazadə vurğulayıb ki, ASALA terror təşkilatının dirilməsi ilə əlaqədar bəyanat verməsi, hansı ölkədə bu təşkilatın nümayəndələrinin yerləşməsi də ciddi araşdırılmalıdır.
-
İdman03:19Qari Nevill emosiyalarını cilovlaya bilmədi: Canlı yayımda özünü şillələdi
-
Qoroskop00:45Günün ulduz falı: Seçim etməli olacaqsız
-
İdman23 Noyabr 22:18“Barselona” Bakıda: Hansı futbolçular gəldi? - Video/Yeniləndi
-
Ekopublika.az23 Noyabr 19:30Maaşda Bakını üstələyən rayon və şəhər hansıdır?
-
Dünya23 Noyabr 18:30“Nvidia”da sensasiyalı dönüş: Huanq vəzifəsinə qayıtdı
-
İqtisadi gündəm23 Noyabr 17:30Ev təsərrüfatlarının uçotu regionların inkişafına necə təsir edəcək?
-
Rəsmi xronika23 Noyabr 16:20Prezident İlham Əliyev Trampa təşəkkür etdi
-
Nida Xəbər 23 Noyabr 15:58Baş nazir bu şəxsi sədr təyin etdi - FOTO







.jpg)















.jpg)











