Nida.az
Elçin Mirzəbəyli: “UNESCO Azərbaycan ərazilərində real faktları qiymətləndirməli olacaq”
Azərbaycan bir neçə dəfə UNESCO-ya müraciət edərək təşkilatı işğaldan azad edilmiş ərazilərə səfər etməyə və Ermənistanın törətdiyi bu vandalizm aktları ilə tanış olmağa çağırmışdı. Bununla yanaşı, UNESCO-ya faktoloji olaraq Azərbaycan ərazilərindən hazırlanan materiallar əsasında dəfələrlə müvafiq sənədlərin təqdim olunmasına baxmayaraq, təşkilat mədəni irsin dağıdılmasına mahiyyət etibarı ilə heç bir fundamental münasibət bildirməyib.
Publika.az xəbər verir ki, bu sözləri politoloq Elçin Mirzəbəyli UNESCO-nun Azərbaycan və Ermənistana səfəri barədə razılığın əldə olunması haqqında danışarkən deyib.
Politoloq qeyd edib ki, indiki halda belə bir qərarın qəbul olunması və hər iki ölkəyə UNESCO missiyasının gəlməsi önəmli bir addımdır: “Daha önəmli bir məqam proseslərin bundan sonrakı gedişi ilə bağlı olacaq, çünki UNESCO Azərbaycan ərazilərində real faktları qiymətləndirməli olacaq, mədəni, dini və tarixi abidlərə dəyən zərərin miqyasını olduğu kimi, dəqiqliyi ilə ifadə etməli və mövcud fakta öz münasibətini bildirməlidir. Bildiyimiz kimi, UNESCO Ermənistan ərazilərinə də səfər edəcək və məlumdur ki, Ermənistan işğal altında olmayıb, faktiki olaraq da Ermənistan ərazilərində hər hansı formada mədəni irsin dağıdılmasından söhbət gedə bilməz. Əgər dağıdılsa da, bu, tarixən Azərbaycana məxsus olan tarixi, dini və mədəniyyət abidləridir. Ermənilər İrəvan xanlığından başlayaraq üzü bu yana mövcud olan azərbaycanlıların izini həmin torpaqlarda qoruyub saxlayan bütün tarixi abidələrin yer üzündən silinməsinə cəhd göstəriblər. Əgər UNESCO Ermənistanda həmin faktları araşdıracaqsa, şübhəsiz ki, bu halda hər hansı obyektiv münasibətin ortaya qoyulacağından söhbət gedə bilər. Bütün hallarda səfər təbii ki, önəmlidir, amma nəticə daha önəmlidir”.
-
Nida Xəbər 16:44Türkiyə-Azərbaycan qardaşlığını heç kim zədələyə bilməz - Dövlət Baxçalı
-
İdman16:28Dünyanın ən gözəl futbolçusu fərqli stildə FOTOLAR paylaşdı
-
Region15:58Ruslar axın edir: İrəvanda mənzillərin kirayə qiyməti fantastik həddə yüksəldi
-
ABŞ15:52Trampın yeni səfirinin görünüşü hər kəsi heyrətləndirdi: Hansı planetdəndir? - FOTO
-
Nida Xəbər 14:16Hakan Fidan Azərbaycana gəlir - Ərdoğanı təmsil edəcək
-
Nida Xəbər 12:18Kartdan karta köçürülmələrdə komissiya tutulacaq
-
Dünya12:12Andrey Sbiqa müraciət yaydı: Rusiyanın Azərbaycan vətəndaşlarını öldürməsi...
-
Rəsmi xronika10:33Prezident sərgi iştirakçılarına müraciət etdi






.jpg)








.png)


.jpg)



















