Nida.az
Keçmiş nazirdən SENSASİON AÇIQLAMALAR: Ramiz Mehdiyev məni işsiz qoydu, 30 il...
Akademik Ramiz Mehdiyevin 2 il ərzində Azərbaycan Milli Elmlər Akademiyasını hansı bataqlığa sürükləməsindən danışanların sayı artıb. R.Mehdiyevin yarıtmaz fəaliyyəti nəticəsində AMEA-nın iflic duruma düşdüyünü söyləyən alimlərin sayı da az deyil.
Eks təhsil naziri Firudin Cəlilov Publika.az-a müsahibəsində söyləyib ki, Ramiz Mehdiyev əslində “beşinci kolon”un başçısı idi:
src="/storage/files/upload/380853.jpg" alt="Firudin Cəlilov: "Sevgi macəralarında ağıllı qadınların bəxti gətirmir" - MÜSAHİBƏ" class="fr-fic fr-dii">
- Firudin bəy, Ramiz Mehdiyevin yerinə necə bir adam gəlməlidir?
- Azərbaycan Milli Elmlər Akademiyasının prezidenti postuna yeni və layiqli namizəd tapmaq o qədər də çətin deyil. Elə akademiyanın özündə də istənilən kadrlar var. Sadəcə olaraq Milli Elmlər Akademiyasında prezident olmaq üçün həmin şəxs həm də idarəetmə bacarıqlarına sahib olmalıdır. Çünki hazırda akademiya batıb gedir. Onu bataqlıqdan çıxarmaq üçün “yol xəritəsi” hazırlayan, bataqlıqdan çıxış yollarını ortaya qoya bilən insan lazımdır. Ən yaxşısı odur ki, ictimaiyyət bu posta layiq bildiyi, tanıdığı adamların adlarını hallandırsın. Hökumət də baxmalıdır ki, onların arasından kimi seçmək olar. Bunun başqa yolu yoxdur.
- Ramiz Mehdiyev hansı addımları atdı ki, AMEA daha da bataqlığa sürükləndi?
- Tural bəy, axı Ramiz Mehdiyevin elmdən xəbəri yoxdur! 50 dənə kitabı çap olunub, amma həmin 50 kitabdan heç ikisini özü qələmə almayıb. Ona-buna yazdırıb. Onun yeganə “şah əsəri” AMEA-nın mətbuat katibliyinin Ramiz Mehdiyevin adından verdiyi bəyanat idi. Orada da öz stilini sərgilədi. Hər şeyi açıb-tökdü. Hətta öz törətdiyi əməlləri də bilmədən açıb ortaya qoydu. Yəni, Ramiz Mehdiyevin tərzi budur. R.Mehdiyev məni 30 il işsiz qoyub. Nə universitetlərə yaxın düşməyə imkan verirdi, nə də telekanallara çıxmağa! Neçə dəfə millət vəkilliyinə namizədliyimi irəli sürmüşəm, müxtəlif yollarla onun da qarşısını alıb. Mən onun ucbatından 30 il evdə işsiz oturmuşam. Ramiz Mehdiyevə bundan sonra 30 il də yaşamağı, amma bu 30 ildə evdə işsiz, eləcə boş oturmağı arzulayıram.
- Sizcə, yeni prezident gənclərdən olmalıdır, yoxsa yaşlı nəsildən?
- İndiki zamanda yaş məsələsi bir o qədər də önəmli deyil. Hazırda elə gənclər var ki, içində bir təpər mövcuddur. Elə yaşlı adam da var ki, müdrikdir, aparacağı islahatları çox ustalıqla irəliyə götürə bilər. Yəni, burada yaş məsələsi önəmli deyil. Hər şey şəxsiyyətdən, həyat və iş təcrübəsindən, keçdiyi elm yolundan asılıdır.
- Rafiq Əliyevin, Kamal Abdullanın, Misir Mərdanovun AMEA rəhbəri postuna namizədliyini irəli sürənlər var. Onların namizədliyinə necə baxırsınız?
- Adını çəkdiyiniz adamların hamısını tanıyıram. Məsələn, Kamal Abdulla təşkilatçıdır. Hara qoyublarsa, orada işi apara bilib. Misir Mərdanov da elm, təhsil adamıdır. 30-40 ildir ki, bu işin içərisində bişib. Vaxtilə Misir Mərdanov mənim də müavinim olub. Onun iş bacarığını bilirəm. Çox istərdim ki, yeni prezident Xudu Məmmədov ruhlu bir insan olsun, təkcə təşkilatçılığı ilə diqqət çəkməsin. Eyni zamanda milli ruhu da olsun. Yəni, millətinin, onun elminin gələcəyini fikirləşsin. Eyni zamanda, “karyerist” olmasın. Bu cür namizəd də tapmaq mümkündür.
-
Dünya02:43
İki bələdiyyə sədrinə cinayət işi açıldı - Vəzifədən uzaqlaşdırıldılar
-
Dünya01:55
Berbokun Bakıda niyə nikah üzüyü taxmadığı bilindi
-
Hadisə00:55
Azərbaycanlı "diplomat" İstanbulda saxlanıldı - 70 kilo qızılla
-
Qoroskop00:35
Günün qoroskopu: çəkdiyiniz zəhmətin bəhrəsini görəcəksiniz
-
İdman22 Noyabr 23:18
“Qarabağ” rəqəmlərlə Fransaya elə bir mesaj verdi ki… - FOTO
-
Nida Xəbər 22 Noyabr 23:03
Bakıda keçirilən COP29 bu tarixdə bitəcək
-
Magazin122 Noyabr 22:02
Aşıq Zülfiyyə: "Oğlumla 3 gündür danışmıram, bütün nömrələrini "blok"a atmışam" - VİDEO
-
MDB22 Noyabr 21:51
Bu şəxslər Rusiya vətəndaşlığından məhrum ediləcəklər - Sabahdan...