Nida.az
Regionda əməkdaşlıq üçün yaxşı imkanlar yaranıb - Tahir Mirkişili
Qarabağ münaqişəsi sona çatıb və artıq hərbi əməliyyatlar aparılmır. Biz münaqişə tərəfdarı deyilik. Bu münaqişə regionda böyük fəsadlara səbəb olub.
Bunu Azərbaycan Milli Məclisinin deputatı Tahir Mirkişili İrəvanda AVRONEST Parlament Assambleyasının komitə iclasında çıxışında deyib.
"Mən özüm Qarabağdanam və siz gedib baxsanız mənim evimin nə vəziyyətə salındığını görəcəksiniz. İşğaldan azad edilmiş ərazilərə getsəniz, nə qədər böyük dağntıların olduğunu görərsiniz. Əgər Ağdama getsəniz, siz orada Qafqazın Xerosimasını görəcəksiniz. Birinci Qarabağ müharibəsi zaman biz 20 minə qədər insanımızı itirmişik. Onlardan 4 minə qədər insanın taleyi hələ də naməlum qalır. Münaqişə artıq başa çatıb və biz artıq münaqişə istəmirik. Biz heç bir revanşizm və ya təhdid görmək istəmirik. Azərbaycan güclü dövlətdir. Biz gələcəkdə hər hansı revanşist qüvvələrə cavab verməyə hazırıq. Ancaq münaqişə artıq keçmişdə qalıb və biz indi gələcəyə baxmalıyıq. İndi regionda əməkdaşlıq üçün yaxşı imkanlar yaranıb və biz bu imkanlardan istifadə etməliyik. Biz bu imkanlardan istifadə edərək xalqlarımız üçün yaxşı gələcək qurmalıyıq. Bu imkanlardan biri 3+3 formatıdır. Bu yeni bir formatdır və Azərbaycan Prezidenti İlham Əliyev tərəfindən bəyan edilib. Biz bu formatdan istifadə etməklə regionda dayanıqlı sülhə və iqtisadi inkişafa nail ola bilərik", deyə T.Mirkişili əlavə edib. (trend)
-
Magazin203:43Həmin adı kürəyinə döydürmüşdü, indi yeni doğulan qızına qoydu - FOTO
-
Qoroskop00:00Günün ULDUZ FALI - Sevgi həyatınızda xoş sürprizlər ola bilər
-
Dünya17 Sentyabr 23:363I/ATLAS-la bağlı SİRR ÇÖZÜLÜR - Kometin quyruğunda nə aşkar edilib?
-
Cənubi Qafqaz17 Sentyabr 22:48Paşinyan rəqibinə aman vermir - Daha 2 ay...
-
Magazin117 Sentyabr 22:36Hüseyn əməliyyat olundu - FOTO
-
ABŞ17 Sentyabr 22:24Trampın reytinqi tarixi minimuma endi
-
Dünya17 Sentyabr 22:12DƏHŞƏTLİ QƏTL: Kişi yatmış arvadının başını kəsdi
-
Magazin217 Sentyabr 20:48CeyLonun həbsxanadakı oxşarının fotosu gündəm oldu










.jpg)


















.jpg)







.jpg)


