Nida.az
Prezident və xanımı Qara Qarayevin abidəsinin açılışında iştirak ediblər - FOTOLAR
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və xanımı Mehriban Əliyeva fevralın 3-də Bakının 28 May küçəsində dünya şöhrətli bəstəkar Qara Qarayevin xatirəsinə ucaldılmış abidənin açılışında iştirak ediblər.
Prezident İlham Əliyevə məlumat verildi ki, hündürlüyü 3 metr
olan, qranitdən hazırlanmış abidənin müəllifi Xalq Rəssamı Fazil
Nəcəfovdur. Abidənin ətrafında geniş abadlıq işləri
aparılmışdır.
Dövlətimizin başçısı mərasimdə çıxış etdi.
Bakı Musiqi Akademiyasının rektoru, Xalq Artisti Fərhad Bədəlbəyli,
Azərbaycan Yazıçılar Birliyinin sədri, Xalq Yazıçısı Anar, Qara
Qarayevin tələbəsi, Xalq Artisti, bəstəkar Arif Məlikov Qara
Qarayevin Azərbaycan musiqisinin inkişafındakı xidmətlərindən
danışdılar, xatirələrini bölüşdülər, Azərbaycan musiqi sənətinin
inkişafına göstərdiyi diqqət və qayğıya görə dövlətimizin başçısına
təşəkkür etdilər.
Görkəmli bəstəkarın oğlu, Çaykovski adına Moskva Dövlət
Konservatoriyasının professoru, Əməkdar İncəsənət Xadimi, bəstəkar
Fərəc Qarayev çıxış edərək atasının xatirəsinə ucaldılmış abidəyə
görə ailələri adından minnətdarlığını bildirdi.
Sonra Prezident İlham Əliyev abidənin üzərindəki örtüyü
götürdü.
Dövlətimizin başçısı və xanımı abidənin önünə gül dəstəsi
qoydular.Daha sonra Prezident İlham Əliyev və xanımı Mehriban
Əliyeva musiqi ictimaiyyətinin nümayəndələri ilə xatirə şəkli
çəkdirdilər, onlarla səmimi söhbət etdilər.
-
Magazin207:25
İlhan Mansız azərbaycanlı xanımından olan övladının üzünü ilk dəfə göstərdi - FOTO
-
Gözəllik02:43
Onun tumu qızıl qədər dəyərli imiş... - Botoks effekti verir
-
Ekopublika.az02:19
Bakının bu ərazisi PLANA DÜŞDÜ - Tezliklə söküləcək
-
İdman01:15
Arda tarixi matçında belə qol vurdu - VİDEO
-
Qoroskop00:45
Günün qoroskopu: hadisələrin axarına müdaxilə etməyin, çünki...
-
Magazin126 Aprel 23:26
Xumar Qədimova daha bir məşhur şeiri mahnıya çevirdi - VİDEO
-
İnanc26 Aprel 23:02
Həcc ziyarəti ilə bağlı zəvvarlara XƏBƏRDARLIQ
-
Region26 Aprel 22:37
Başqa çıxış yolumuz yoxdur - Paşinyan