Nida.az
Başqanlığa namizədlər kampaniyaya start verdi – Arxivlər açılır
Müsavat başqanlığına namizədlər bu gündən seçki kampaniyasına başlayırlar.
Publika.az xəbər verir ki, namizədlərin rəsmi olaraq qeydiyyata alınmasına start verilir.
Lakin namizədlər sosial şəbəkələrdə təbliğat kampaniyasına başlayıblar. Ən şanslı namizədlərdən hesab olunan Arif Hacılının dəstəkləyənlər onunla bağlı təbliğat materiallarını sosial şəbəkələrdə yayırlar.
“Başqanlığına ən layiqli namizəd”
“Bütün həyatını Müsavat Partiyasına və müsavatçılıq ideologiyasına
həsr etmiş Arif Hacılı!
Lap gənc yaşlarından Müstəqil və Demokratik Azərbaycan uğrunda
mübarizəyə qoşulan istiqlalçı millət vəkili. Müsavatçıların ən
çətin və ən xoş günlərində daim onların yanında olan sədaqətli
dost. Başqanımız İsa Qəmbərin 25 illik silahdaşı. Rəsulzadə yolunun
layiqli davamçısı. Nəhayət Müsavat başqanlığına ən layiqli
namizəd”.
Arif Hacılının təbliğat kampaniyası təxminən bu sözlərlə
başlayır.
“Təmiz namizəd”
Gənc müsavatçıların namizədi Tural Abbaslının tərəfdarları isə
kampaniyaya gecə saatlarından başlayıb.
“Təmiz namizəd”. Onu belə adlandırırlar. Ardınca onun səhifəsini
“Müsavat Partiyası başqanlığına namizəd Tural Abbasli. Bu
seçkidə səsini ona verən hər kəsin namizədinə inamı böyükdür. Bizim
də inamımız böyükdür” sözləri bəzəyir.
Qubad İbadoğlu arxivləri açır
Digər şanslı namizəd Qubad İbadoğlunun təbliğat kampaniyasında
seçdiyi üslub diqqət çəkir.
O, “facebook” profilində keçmiş fotoları paylaşaraq şərhlərini
bildirir. Görünür, Q.İbadoğlu Müsavatın həyatındakı roluna diqqət
çəkmək istəyir.
Misal üçün, 2004-cü ilə aid bir fotonu paylaşaraq “Mart ayında yağışlı bir gündə Lənkəran təşkilatı konfrans keçirirdi. Səhv etmirəmsə həmin konfransda Yadigar bəy sədr seçildi. Tezliklə sizi azadlıqda və iş başında görək Yadigar bəy” yazıb.
Daha sonra Vurğun Əyyubla fotosunu paylaşan İbadoğlu belə yazıb:
“Arxivimdən sizə tarixi şəkillərdən daha birini təqdim edirəm.
Təxminən 12 il bundan əvvəlin şəklidir. Şəkildə Müsavatın baş
katibi Vurğun bəyin və humanitar məsələlər üzrə katib İbrahim bəyin
iştirakı ilə İqtisadiyyat Komissiyasının hazırladığı
“İqtisadiyyatda təxirəsalınmaz tədbirlər paketi”ni müzakirə edirik.
O zaman İqtisadi siyasət komissiyasında 150-dən çox mütəxəssis üzv
cəmlənmişdi”.
Qeyd edək ki, başqanlığa digər namizədlər hələ kampaniyaya start verməyiblər.
Asif Nərimanlı
-
Magazin100:50
Sabiq nazirin idmançı kürəkəninin bu görüntüləri gündəm oldu - VİDEO
-
Qoroskop00:20
Günün qoroskopu: ünvanınıza çox tənqid səslənəcək...
-
Nəqliyyat6 May 23:16
Bu yolda sürət həddi 20 km/saata endirildi
-
Magazin16 May 23:04
İllərlə küsülü olan Brilliant Dadaşova və Abbas Bağırovun rəqsi - VİDEO
-
Dünya6 May 21:33
HƏMAS-la İsrail atəşkəs barədə razılaşdı
-
Sosial6 May 21:23
Deyirlər ki, puluna görədir... - 17 yaşlı qızla nişanlanan 37 yaşlı kişinin anası DANIŞDI - VİDEO
-
İdman6 May 21:13
22 yaşlı idmançı faciəvi şəkildə öldü
-
Qoroskop6 May 21:05
Bürclərin ən zəhlətökən xüsusiyyətləri