Nida.az
BMT nümayəndələri Şuşada erməni barbarlığını görəcək - Deputat
Azərbaycan Respublikasının BMT-yə 1992-ci il martın 2-də üzv olmasından və əməkdaşlığından keçən 30 ildə belə bir toplantının Azərbaycanın mədəniyyət paytaxtı olan Şuşada keçirilməsinin rəmzi mənası var. Şuşa bu gün mədəniyyət, quruculuq, birlik, yenilik rəmzinə çevrilib. Azərbaycan yenə də dünyaya sülh, mədəni inkişaf mesajları verir.
Bunu Publika.az-a açıqlamasında millət vəkili Musa Qasımlı deyib.
Deputat bildirib ki, Azərbaycan rəsmilərinin və BMT nümayəndələrinin iştirak etdiyi bu toplantıda gələcək əməkdaşlıq imkanlarının müzakirə edilməsi ölkəmizin niyyətlərini göstərir: “30 ildə dövlətimiz BMT ilə səmərəli əməkdaşlıq edib, müstəqilliyimizin bərpasının 20-ci ilində BMT Təhlükəsizlik Şurasının qeyri-daimi üzvü seçilib. Dövlət başçımız Şura iclasına sədrlik edib. Ölkəmiz bir çox proqramların iştirakçısı olub. Bu toplantının digər bir əhəmiyyəti də var.
İşğaldan azad edilmiş ərazilərdə, Şuşada BMT nümayəndələri bir tərəfdə özlərini dünyaya “mədəni millət” kimi sırımağa çalışan erməni ünsürünün barbarlığını, digər tərəfdə isə ali Azərbaycan mədəniyyətini, dövlətimizin apardığı quruculuq, dirçəliş işlərini görəcəklər. Toplantı stenoqramları BMT sənədlərinə keçəcək və təşkilatın fəaliyyətinə dair tədqiqat aparan gələcək araşdırmaçılar ona müraciət edəcəklər”.
-
Sosial19:00Özünü Tağı Vahabov kimi tanıdıb dələduzluq etdi - Əsl kimliyi üzə çıxdı
-
Avropa18:36Şahzadə Uilyamın malikanəsinə gecə basqını - Helikopterlər havaya qaldırıldı
-
İqtisadi gündəm18:24Azərbaycanda aqrar sektor üçün yeni bank məhsulu buraxıldı
-
Nida Xəbər 17:56Ceyhun Bayramovla Maka Boçorişvili arasında geniştərkibli görüş olub - YENİLƏNDİ
-
Magazin115:12"Şəhid ailəsindən 5 min manat istəyən müğənni var"
-
Nida Xəbər 14:15Demək, cəmiyyətdə məmura qarşı etimad yoxdur - Deputat
-
Nida Xəbər 13:35Deputatdan çağırış: Atanızın əlaqələrinə deyil, biliyinizə güvənin
-
Magazin112:42Ağadadaş Ağayev: "Oğlum məmur olmaq istədi, ona görə..."































