Nida.az
Arif Hacılının qardaşı: “Qaydaları pozan cəzalanacaq”
“Kimsə seçki kampaniyası zamanı əndazəni aşacaq təbliğat
aparacaqsa, yanlış addımlara yol veriləcəksə, buna qarşı müvafiq
tədbirlər görüləcək”.
Publika.az-a açıqlamasında bu
sözləri Müsavat başqanının müavini, Arif Hacılının qardaşı Mustafa
Hacıbəyli deyib.
Müşavir seçkinin ədalətli və bərabər şəkildə keçiriləcəyini
düşünür. O, qardaşı Arif Hacılının şanslarını yüksək
qiymətləndirir: “Lakin digər namizədlərin də gücü kifayət qədərdir.
Bəzən iddialar səsləndirilir ki, Arif bəyin Qubad bəylə, Tural
Abbaslı ilə münasibətləri pisdir. Bu doğru deyil, bu üç şəxsin
bir-birinə münasibəti çox normaldır. Sadəcə olaraq kimlərsə
kənardan qarşıdurma görüntüsü yaratmaq istəyir”.
M. Hacıbəyli partiyada namizədlər arasında rəqabətin olmasını inkar
etməyib. “Bu çox normal haldır. 2000-ci il parlament seçkiləri
zamanı Müsavatın namizəd siyahısı hazırlanarkən də kəskin rəqabət
var idi. İndi də bu rəqabət var. Amma o vaxt olduğu kimi, bu dəfəki
qurultaydan da Müsavat güclənərək çıxacaq. Çünki biz bir yerdə,
çiyin-çiyinə olmağa məcburuq. Bunu hər kəs, o cümlədən namizədlər
də dərk edir. Kimsə seçki kampaniyası zamanı qaydaları pozacaqsa,
o, cəzalandırılacaq”, - deyə M.Hacıbəyli qeyd edib.
Asif
-
Hadisə15:17
Ali Məhkəmənin hakimi intihar etdi - Şok səbəb
-
Rəsmi xronika14:54
Prezidentdən Mikayıl Cabbarov və Samir Şərifovla bağlı SƏRƏNCAM
-
Qarabağ 13:50
Polis Xankəndidə xüsusi əməliyyat keçirdi - Anbaan görüntülər
-
Qarabağ 13:05
ANAMA-nın əməkdaşı Şuşada minaya düşdü - TƏCİLİ
-
Magazin111:53
“Mənə intim təkliflər edib, əmr verirlər” - Faiq Ağayev
-
Magazin111:28
“50 yaşında kişiyə ərə getmək istəyərəm” - VİDEO
-
İdman10:38
Bellinqemin yeni uğuru: Özündən 4 yaş böyük modeli ovsunlayıb - FOTOLAR
-
Sosial09:30
Mağazadan qovulan qadınla bağlı QORXUNC AÇIQLAMA: “Onu zorla...”