Nida.az
Azərbaycan bununla bağlı müzakirə aparmayacaq - Deputat
"Azərbaycan və Ermənistan rəhbərlərinin Brüssel görüşündə sərhədlərin delimitasiyası ilə əlaqədar işçi qrupun və birgə komissiyanın yaradılmasıyla bağlı razılığa gəlinib. Ermənistanın bununla bağlı nə dərəcədə səmimi olduğunu isə gələcək proseslər göstərəcək".
Bunu Publika.az-a açıqlamasında Milli Məclisin deputatı Aydın Mirzəzadə deyib.
Millət vəkili bildirib ki, Azərbaycan ərazisində Qarabağ adlı inzibatı-ərazi vahidi yoxdur və o bölgənin status məsələsi artıq gündəmdə durmur:
"Azərbaycan heç bir zaman oranın xüsusi statusu ilə bağlı müzakirə aparmayacaq. Bu gün Rusiya sülhməramlılarının müvəqqəti nəzarəti altında yaşayan ermənilər isə Azərbaycan vətəndaşlarıdır və onların da hüquqları bütün vətəndaşlarımızın hüquqları kimi daima qorunacaq. Azərbaycanın prinsipial mövqeyi hər iki ölkənin bir-birinin ərazi bütövlüyünü tanıması və SSRİ dövrünün xəritələrinə əsasən, iki respublika arasında dövlət sərhədlərinə hörmət edilməsidir. Azərbaycan Ermənistandan ölkəmizin daxili işlərinə qarışmasına son qoymasını da tələb edir".
-
Magazin102:44Ceki Çan Bakıda
-
Qoroskop01:40Günün ulduz falı: bu vərdişiniz əks nəticə verəcək
-
Hadisə00:27Türkiyə gəmisinə dron hücumu: yaralıların son vəziyyəti açıqlandı - Yeniləndi
-
Dünya3 Avqust 22:46Zelenski bu səfirləri vəzifələrindən azad etdi
-
Hadisə3 Avqust 22:18Azərbaycanda zəlzələ oldu
-
İdman3 Avqust 22:04İnfantino qorxuya düşüb: Ümidi Trampa qalıb - İddialara Ağ Evdən cavab gəldi
-
Region3 Avqust 21:13İstanbulda torpaq sürüşməsi baş verdi - Dağıntılar altında qalanlar var
-
ABŞ3 Avqust 20:12İran ya saziş bağlamalı, ya da təslim olmalıdır! - Tramp








.jpg)


















.jpg)
.jpg)





