Nida.az
Bu, şəhidlərimizin ruhlarını şad edəcək - Deputat
Şuşada Dünya Azərbaycanlılarının V Qurultayının keçirilməsi mühüm hadisədir. Şuşa bütün türk dünyasının mədəniyyət və qürur mərkəzidir. Dünya azərbaycanlılarının Şuşaya toplaşması bu arzular naminə şəhid olan qəhrəman əsgərlərimizin ruhlarını şad edəcək.
Publika.az xəbər verir ki, bunu Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədri Tahir Mirkişili qeyd edib.
O bildirib ki, dövlətimizin bundan sonrakı əsas məqsədi Şuşanın, işğaldan azad olmuş ərazilərimizin bərpası, investisiyaların cəlb olunması, özəl sektoru daha çox bu işlərə cəlb etmək olacaq: “Bu baxımdan keçiriləcək tədbiri mühüm imkan kimi qəbul etmək lazımdır. Dünyada bizim uğurlu və imkanlı iş adamlarımız xeyli saydadır. Cənab Prezident özəl sektoru bu işlərdə aktiv iştirak etməyə dəvət edib. Hazırda Milli Məclisdə “İnvestisiya fəaliyyəti haqqında” qanun müzakirə olunur. Qanun bu cür investisiyaların təşviqini və qorunmasını daha da gücləndirəcək”.
T.Mirkişili əlavə edib ki, azad edilmiş ərazilərdə məskunlaşma siyasəti mərhələli olacağına görə, özəl sektor tərəfindən investisiya planlarının da buna uyğunlaşdırılması məqsədəuyğun olardı: “Bu mənada iş adamlarına paket formasında investisiya layihələrinin sektorlar üzrə təklif olunması, bazara çıxış və ixrac imkanlarının dövlət hesabına təhlil edilərək onlara təqdim olunması hesab edirəm ki, investisiya cəlbetmə prosesini daha da asanlaşdıra və sürətləndirə bilər”.
-
Magazin203:43Həmin adı kürəyinə döydürmüşdü, indi yeni doğulan qızına qoydu - FOTO
-
Qoroskop00:00Günün ULDUZ FALI - Sevgi həyatınızda xoş sürprizlər ola bilər
-
Dünya17 Sentyabr 23:363I/ATLAS-la bağlı SİRR ÇÖZÜLÜR - Kometin quyruğunda nə aşkar edilib?
-
Cənubi Qafqaz17 Sentyabr 22:48Paşinyan rəqibinə aman vermir - Daha 2 ay...
-
Magazin117 Sentyabr 22:36Hüseyn əməliyyat olundu - FOTO
-
ABŞ17 Sentyabr 22:24Trampın reytinqi tarixi minimuma endi
-
Dünya17 Sentyabr 22:12DƏHŞƏTLİ QƏTL: Kişi yatmış arvadının başını kəsdi
-
Magazin217 Sentyabr 20:48CeyLonun həbsxanadakı oxşarının fotosu gündəm oldu










.jpg)


















.jpg)







.jpg)


