Nida.az
Attaşelər hərbi hissəni ziyarət etdilər - FOTO
Müdafiə naziri general-polkovnik Zakir Həsənovun təsdiq etdiyi illik fəaliyyət planına əsasən, ölkəmizdə akkreditə olunmuş xarici dövlətlərin hərbi attaşelərinin hərbi hissəyə tanışlıq səfəri təşkil olunub.
Publika.az Müdafiə Nazirliyinə istinadən xəbər verir ki, səfər çərçivəsində hərbi attaşelik aparatının nümayəndələri əvvəlcə Quba Soyqırımı Memorial Kompleksini ziyarət ediblər. Qonaqlar kompleksdə fəaliyyət göstərən muzeyin ekspozisiyasında soyqırıma həsr olunmuş stendlərlə tanış olublar. Onlara ermənilərin törətdikləri vəhşiliklər haqqında ətraflı məlumat verilib.
Daha sonra hərbi attaşelər hərbi hissəni ziyarət ediblər. Nümayəndə heyətinə hərbi hissənin fəaliyyəti haqqında brifinq təqdim olunub. Onlar burada şəxsi heyət üçün yaradılan şərait və silahlanmada olan döyüş texnikası ilə tanış olublar. Hərbi attaşelik aparatının nümayəndələri ziyarətin yüksək səviyyədə təşkilinə görə Müdafiə Nazirliyinin rəhbərliyinə minnətdarlıqlarını bildiriblər.
-
Nida Xəbər 10:18Kredit borcları ilə bağlı hamının gözlədiyi xəbər gəldi - Yeni qərar gözlənilir...
-
Dünya09:42Putin onlara vəd verib: Sizin zənginizə həmişə cavab verəcəyəm
-
Sosial09:36Pensiyaçılarla bağlı yeni vəziyyət yarandı - 200 manat verilir, əvəzində…
-
Dünya08:48Piratlar İranın balıqçı gəmisini ələ keçirdilər - 23 nəfərdən xəbər yoxdur
-
Səhiyyə08:00Optimal qan şəkəri səviyyəsi müəyyən edildi
-
Sağlamlıq07:47Həkim pijamada yatmağın fəsadları barədə xəbərdarlıq etdi
-
Magazin107:30Vəfat edən Xalq artisti ilə arxiv fotosunu paylaşdı
-
MDB06:16Rusiya FHN-nin mobil tətbiqi sındırıldı - Əhalini nüvə başlığı ilə qorxutdular








.jpg)


.jpg)























.jpg)

.jpg)