Aksiyaların əsas səbəbi budur - Politoloq açıqladı
Bizi izləyin

Nida.az

Aksiyaların əsas səbəbi budur - Politoloq açıqladı

“İrəvanda keçirilən aksiyaların arxasında Ermənistanda olan müxalif qüvvələr durur. Robert Koçaryan və Serj Sarkisyan insanları küçələrə çıxmağa çağırır. Onlar bu cür addımlar ataraq hakimiyyətin dəyişməsini istəyirlər”.

Bunu Publika.az-a açıqlamasında politoloq Tofiq Abbasov deyib.

Politoloq qeyd edib ki, müxalifət Ermənistanın son 30 ildə həyata keçirdiyi işğalçılıq siyasətini Paşinyanın üzərinə yıxmaq istəyir: “Onlar bunu etməklə özlərinə bəraət qazanmaq məqsədindədir. Ancaq bütün bu olanlar əslində elə həmin şəxslərin günahıdır. Prezident İlham Əliyev də qeyd etmişdi ki, biz Serj Sarkisyan və Robert Koçaryanın ordusunu məhv etmişik. Həqiqətən də Ermənistanın iflasa uğramasının əsas günahkarları məhz indi aksiya keçirən müxalifətçilərdir. Levon Ter-Petrosyan isə vaxtında düzgün qərar verərək Qarabağı Ermənistanın torpağı kimi dünyaya göstərə bilməyəcəklərini söyləmişdi və belə də oldu”.src="/storage/files/upload/aff50ef94dbbbccf89493f6200bd22c8c97eacb1.jpg" style="width: 486px; height: 299.7px;" class="fr-fic fr-dib fr-fil">

T.Abbasov vurğulayıb ki, Rusiyanın müəyyən dairələri “Qarabağ klanı”nı dəstəkləyir: “Azərbaycan bölgədə yeni reallıq yaradıb. Bütün dünya ölkələri də yeni reallıqla barışıblar. Rusiya, ABŞ, Fransa kimi ölkələrdən müxalifətçilərə xüsusi dəstək verilir. Hətta onlar Nikol Paşinyanı satqın adlandırırlar. Ümumiyyətlə, həmin şəxslər hakimiyyətdə olanların hər birinə satqın gözü ilə baxırlar. Ararat Mirzoyan diaspor təşkilatları ilə görüşəndə həmin şəxslər ona satqın olduğunu söyləyiblər. Ermənistan bir dövlət kimi subyektliyini minimuma endirib. Bunun da səbəbkarları indi İrəvanda aksiya keçirən müxalif qüvvələrdir. Çünki onlar ölkə quruculuğunu artırmaq, millətin rifahını yüksəltmək üçün yox, öz hikkələri ilə məşğul idilər. Sarkisyan hakimiyyəti guya Azərbaycanın torpaqlarını işğal edib bitirdikdən sonra dövlət quruculuğu ilə məşğul olacaqdı. Biz gördük ki, onların 30 il ərzində xərclədikləri vəsaitlərin hər biri məhv oldu. İndiki vəziyyətdə Nikol Paşinyanın əsas vəzifəsi ondan ibarətdir ki, qətiyyət göstərsin. Yəni öz hakimiyyətinin gücünü göstərməlidir. Bu yaxınlarda keçirilən aksiyada Robert Koçaryanın oğlu həbs olunub. Nəinki onun oğlu, Koçaryanın özü də həbs edilməlidir. Çünki həmin şəxslər elə şeylər istəyirlər ki, bunlar yerinə yetirilsə, erməni xalqı yenidən uçuruma doğru gedəcək. Yəni müxalifətçilər müharibədən əvvəlki düşüncəni bərpa etmək istəyirlər. Paşinyan qətiyyət göstərərsə, qalib gələcək və sonda Azərbaycanla sülh müqaviləsi imzalanacaq”.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm