Nida.az
Hər bir uğur və qələbə onun adı ilə bağlıdır
Müstəqil olmaq, dövlət qurmaq, güclü olmaq, inkişaf edərək dünyada tanınmaq daim biz azərbaycanlıların ən böyük arzusu olub. Biz bir millət olaraq bu yolda çox qurbanlar vermişik, çox faciələr yaşamışıq. Amma heç vaxt təslim olmamışıq, ümidimizi itirməmişik, nə vaxtsa bunun real olacağına inanaraq bu günə özümüzü hazırlamışıq. Dilimizi, dinimizi, mədəniyyətimizi, adət-ənənələrimizi qoruyub yaşadaraq milli identikliyimizi itirməmişik. Nəhayət Uca Tanrı biz azərbaycanlıların bu əzmini qiymətləndirərək bu xalqa onun bir neçə əsrlik arzularını gerçəkləşdirə biləcək bir şəxsiyyət bəxş etdi. Bu, ulu öndər Heydər Əliyev oldu.
Publika.az">Publika.az xəbər verir ki, bu sözləri Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədri Tahir Mirkişili qeyd edib.
“Məhz O, biz azərbaycanlılar üçün dövlət qurdu, bu dövləti müstəqil etdi, onu inkişaf etdirərək dünyaya tanıtdı. O, bu uğurların qorunub saxlanılması üçün özündən sonra həm də bir yol qoydu: bu yol Heydər Əliyev yolu oldu. Dövlətini, xalqını sevən, ona xidmət edən, onu güclənməsi və inkişafı üçün yorulmadan çalışan, öz milli identikliyini qoruyan, adət-ənənələri yaşadan hər bir azərbaycanlı bu yolun yolçusudur. Hazırda bu yolda yol yürüyən hər bir azərbaycanlının rəhbəri cənab İlham Əliyevdir. Bu yol onun rəhbərliyi ilə bizi möhtəşəm qələbələrə apardı.
Nə qədər ki, Azərbaycan var, o qədər də Ulu öndər Heydər Əliyev və onun bizi qələbələrələ aparan yolu olacaq. Bu yol ilə daim yolumuza davam edəcəyik! O, bu yolun başlanğıcında olsa da, bu yol nə qədər uzun olsa da, hər bir uğur, hər bir qələbə onun adı ilə bağlıdır” - komitə sədri bildirib.
-
Magazin102:44Ceki Çan Bakıda
-
Qoroskop01:40Günün ulduz falı: bu vərdişiniz əks nəticə verəcək
-
Hadisə00:27Türkiyə gəmisinə dron hücumu: yaralıların son vəziyyəti açıqlandı - Yeniləndi
-
Dünya3 Avqust 22:46Zelenski bu səfirləri vəzifələrindən azad etdi
-
Hadisə3 Avqust 22:18Azərbaycanda zəlzələ oldu
-
İdman3 Avqust 22:04İnfantino qorxuya düşüb: Ümidi Trampa qalıb - İddialara Ağ Evdən cavab gəldi
-
Region3 Avqust 21:13İstanbulda torpaq sürüşməsi baş verdi - Dağıntılar altında qalanlar var
-
ABŞ3 Avqust 20:12İran ya saziş bağlamalı, ya da təslim olmalıdır! - Tramp







.jpg)



.jpg)















.jpg)
.jpg)





