Nida.az
ABŞ niyə Ukraynaya yardım edir? - AÇIQLAMA
“ABŞ tərəfindən Ukraynaya edilən yardımlar ilk olaraq mənəvi xarakter daşıyır. Ötən gün imzalanan Lend-liz qanunu və digər edilən yardımlar ABŞ-ın həmin bölgədəki mövqeyini daha da gücləndirəcək”.
Bunu Publika.az-a açıqlamasında politoloq Tofiq Abbasov deyib.
Politoloq qeyd edib ki, ABŞ bu yardımları etməklə Ukraynada öz yerini bərkitmək istəyir: “Lend-liz imzalanana qədər İkinci Dünya müharibəsi zamanı ABŞ Qərb ölkələrinə kifayət qədər yardım edirdi. Həmçinin Sovet İttifaqı da bu yardımlardan bəhrələnib. Müharibədən sonra isə ABŞ Avropada öz yerini möhkəmləndirdi və NATO ortaya çıxdı. İndiki vəziyyətdə də bu proses təkrarlanacaq, amma yeni yaranmış geosiyasi reallıqda bir az fərqli olacaq”.
T.Abbasov vurğulayıb ki, ABŞ Ukraynaya yardımlarını davam etdirəcək: “Qərb ölkələri və ABŞ Rusiyaya qarşı səfərbər olublar. Ukrayna elə bir vəziyyətdədir ki, istənilən yardım onlar üçün önəmlidir. ABŞ-ın əsas istəyi ukraynalıların mütəşəkkil şəkildə Rusiyaya qarşı vuruşmasıdır. Yəni adıçəkilən ölkə Ukraynaya yardım etməklə Rusiyanın hərbi potensialını zəiflətmək məqsədindədir. Çünki Rusiya öz maliyyəsi ilə müharibə aparır və cəbbəxanası getdikcə azalır. Həmçinin biz gördük ki, rus ordusunun silahları müasir standartlardan kənarda qalıb. Ancaq istənilən halda silah ehtiyatlarının tükənməsi ölkə üçün böyük bir problemdir. ABŞ isə bu prosesdə vəd verməyərək heç bir öhdəlik götürməyib. Bu səbəblə də onlar istədikləri zaman yardım edir. ABŞ dünyanın ən qüdrətli ölkəsidir və Ukraynaya bu yardımları etməyə kifayət qədər imkanı var. Yəni burada demək olmaz ki, bu yardımlar birdəfəlikdir. ABŞ Ukraynaya lazım olduğu halda yenidən yardım göstərə bilər”.
-
Elm və təhsil01:40Ali məktəbə qəbul olan ən yaşlı tələbə: Ən çox nəvələri sevindi - Video
-
Qoroskop00:45Günün ulduz falı: Uzunmüddətli hədəflərinizi yenidən nəzərdən keçirin
-
Cənubi Qafqaz26 Avqust 20:36Azərbaycandan Ermənistana 300 milyon dollar necə köçürülüb?
-
Hadisə26 Avqust 19:10Maşında yanaraq ölən Əfqan 6 ay əvvəl evlənibmiş - Foto
-
Magazin126 Avqust 19:00“Qadın oxuyanlar hamısı bir-birinə oxşayır, burun-dodaq eynidir” - Xalq artistindən qalmaqallı açıqlama
-
Sosial26 Avqust 18:20Bu qida məhsulları ilə bağlı yeni tələblər müəyyənləşdi
-
Cənubi Qafqaz26 Avqust 17:23Ermənistana ultimatum: Rusiya Qərbin planını rəsmən açıqladı
-
Nida Xəbər 26 Avqust 16:32Mehriban Əliyeva Bilgəh incəsənət məktəbinin açılışında iştirak etdi - FOTO








.jpg)








.webp)















.jpg)
.jpg)
.jpg)