Nida.az
İlham Əliyevlə Ərdoğan xüsusi liderlərdir - Rəy
“Müasir dönəmdə dünya siyasətində iş qabiliyyəti yüksək olan siyasətçilərin sayı azdır. Azərbaycan və Türkiyənin dövlət başçılarının çox böyük siyasi bacarıqları var. Hər iki dövlətin prezidenti öz ölkələri üçün kifayət qədər faydalı işlər görüblər”.
Bunu Publika.az-a açıqlamasında politoloq Tofiq Abbasov deyib.
Politoloq qeyd edib ki, hər iki ölkə başçısı dövlətlərinin inkişaf etməsi üçün çalışırlar: “Hazırda dünyada bütün sahələr üzrə böyük böhran yaşanır. Belə bir vaxtda durğun bir siyasət yürütmək doğru hərəkət olmaya bilər. Ona görə də Türkiyə və Azərbaycanın dövlət başçılarının atdığı siyasi addımlar həm region, həm də dünya üçün çox önəmlidir. İlham Əliyev və Rəcəb Tayyib Ərdoğan ölkələrində bütün sahələrin inkişaf etməsi üçün faydalı qərarlar verirlər. Siyasi bacarıqlara malik olan liderlər çətin vəziyyətdə belə faydalı qərarlar ala bilirlər. Bu xüsusiyyətlər həm İlham Əliyevdə, həm də Rəcəb Tayyib Ərdoğanda mövcuddur. Hər iki dövlət başçısı nə etdiklərini çox yaxşı bilir. Çünki siyasi aləmdə ən önəmli xüsusiyyət hədəfi müəyyən etmək və ona çatmaqdır. Ümumiyyətlə, bu bacarıqlara sahib olan siyasətçilərin sayı çox azdır. İlham Əliyev və Rəcəb Tayyib Ərdoğan isə dünya siyasətində özlərinə yer tapmış xüsusi liderlərdəndir. Müxtəlif situasiyalarda hər iki ölkə başçısının faydalı qərarlar ala bildiyini müşahidə etmişik. Bəzi hallarda siyasi liderlər belə problemləri görsələr də, onlardan üz döndərirlər. Ancaq Türkiyənin və Azərbaycanın prezidenti hər zaman belə proseslərin həlli üçün çalışıblar”.
-
Magazin102:44Ceki Çan Bakıda
-
Qoroskop01:40Günün ulduz falı: bu vərdişiniz əks nəticə verəcək
-
Hadisə00:27Türkiyə gəmisinə dron hücumu: yaralıların son vəziyyəti açıqlandı - Yeniləndi
-
Dünya3 Avqust 22:46Zelenski bu səfirləri vəzifələrindən azad etdi
-
Hadisə3 Avqust 22:18Azərbaycanda zəlzələ oldu
-
İdman3 Avqust 22:04İnfantino qorxuya düşüb: Ümidi Trampa qalıb - İddialara Ağ Evdən cavab gəldi
-
Region3 Avqust 21:13İstanbulda torpaq sürüşməsi baş verdi - Dağıntılar altında qalanlar var
-
ABŞ3 Avqust 20:12İran ya saziş bağlamalı, ya da təslim olmalıdır! - Tramp








.jpg)



.png)















.jpg)
.jpg)





