Nida.az
Dağlıq Qarabağa yezidi kürdləri yerləşdirmək kimə lazımdır?
ATƏT-in Minsk qrupu Dağlıq Qarabağ və Azərbaycanın işğal edilmiş digər ərazilərində yezidi kürdlərin qanunsuz yerləşdirilməsinə reaksiya verməlidir. Bu çağırışla Azərbaycan Xarici İşlər Nazirliyi çıxış edib və bunun münaqişənin sülh nizamlanması, həmçinin Cenevrə konvensiyasına zidd olduğunu bildirib.
Publika.az-ın verdiyi xəbərə görə, bu fikirlər Rusiyanın “Vestnik Kavkaza” saytında dərc olunan bir yazıda yer alıb.
Dövlətlərarası münasibətlərin hüquqi nizama salınması mərkəzinin direktoru Dmirti Matyev ildirib ki, Ermənistanın hərəkətləri beynəlxalq hüquqa görə qanunsuzdur: “Dağlıq Qarabağ və ətraf rayonlar beynəlxalq aləmdə Azərbaycanın torpaqları kimi tanınır. Bu halda isə Ermənistan burada hər hansı bir fəaliyyətdə olmaq, o cümlədən qaçqınları yerləşdirilmək hüququna malik deyil”.
Moskva Dövlət Universitetinin İnformasiya-Analitik Mərkəzinin baş direktoru Aleksandr Karavayev isə qeyd edib ki, beynəlxalq hüquqda işğal edilmiş ərazilərə insanların yerləşdiriliməsini qadağan edən mexanizm yoxdur: “Əgər hansısa fond yaradaraq qaçqınların problemlərinin həlli çərçivəsində maliyyə ayrılsaydı və qaçqınların yerləşdirilməsi meyarları müəyyən olunsaydı, o zaman Qarabağda yezidi kürdlərin köçürülməsini maliyyələşdirmək mümkün olmazdı. Yəni, beynəlxalq cəmiyyət problemin həlli üçün məhdudiyyətləri müəyyənləşdirmir”.
Onun sözlərinə görə, azərbaycanlılar işğal edilmiş ərazilərdən
qovulub. “Ermənilər bundan istifadə edib orada məskunlaşma
aparırlar. Lakin ermənilər bu ərazilərə yalnız silahlı qüvvələr
hesabına nəzarət edə bilir və heç bir iqtisadi inkişafa nail ola
bilmirlər. Bu isə Azərbaycana sərf edir. Çünki Bakı işğal edilmiş
ərazilərin qaytarılması və bundan sonra bu bölgənin iqtisadi
inkişafı üçün proqramlar təklif edir. İrəvan məhz buna görə də bu
ərazilərə hər kəsi yerləşdirmək istəyir”, - deyə A.Karavayev
bildirib.
Asif Nərimanlı
-
Avropa08:24
"TikTok" Avropanı QORXUYA SALDI: "Həyəcan təbili yüksək səslə çalınmalıdır"
-
Sağlamlıq06:46
Birdəfəyə nə qədər kabab yemək olar? - Dietoloq LİMİT QOYDU
-
Magazin105:45
Sevinc Balidə belə dincəlir - FOTO
-
Kriminal03:43
Çayxana qan gölünə döndü: Muradova 13 bıçaq zərbəsi vuruldu
-
Sosial02:42
Azərbaycanda sabiq polis oğurladığı əşyaları sevgilisinə satdırırmış - VİDEO
-
Sosial01:11
Cəmiyyət açıq-saçıq geyinənlərə necə baxır?: “Bizə çox şey deyirlər, amma..." - VİDEO
-
Qoroskop00:05
Günün ULDUZ FALI: şəxsi münasibətlərdə problemlər ola bilər
-
Magazin127 Aprel 23:50
Xuramandan ŞOK ETİRAF: "Yoxsa onu öldürərdim"