Nida.az
Ermənistanın çıxış yolu budur - Politoloq
“Görüşlərdən yayınmaqla Ermənistan bir daha sübut edir ki, onlar ortaya dəqiq mövqe qoya bilmir. Halbuki sülh prosesi onların özlərinin marağında olmalıdır. Çünki sülh özlüyündə birlik və inkişafı ehtiva edir”.
Bunu Publika.az-a açıqlamasında politoloq Tofiq Abbasov deyib.
Politoloq qeyd edib ki, Ermənistanın sül sazişini imzalamaqdan başqa yolu yoxdur: “Avropa İttifaqı proseslərdən xəbərdardır və onların daxilində də ermənipərəst qüvvələr mövcuddur. Həmin güclər onları destruktiv mövqe tutmağa sövq edirlər. Paşinyan özü də istəyir ki, bu məsələlərdə irəliləyiş əldə etsin. Çünki vaxt Ermənistanın xeyrinə işləmir. O, radikal müxaliflərə qarşı öz gücünü qəbul etdirməyə çalışır. Avropa İttifaqı öz vasitələrindən istifadə edərək adıçəkilən ölkəyə təzyiq göstərə bilər, ancaq bunun nə dərəcədə təsirli olacağını sonra biləcəyik. Azərbaycan göstərdi ki, onlar razılaşsalar da, razılaşmasalar da biz öz istədiklərimizi edəcəyik. Biz öz məqsədlərimizdən geri dönməyəcəyik. Brüsseldə olacaq növbəti görüşdə sülh sazişi üçün addımların atılması gözləniləndir. Əlbəttə, hər zaman məğlub olmuş tərəf reallığı qəbul etməkdə çətinlik yaşayır, ancaq Ermənistanın başqa yolu yoxdur. Yəni onlar bizə öz istəklərini diktə edə bilməz. Ermənilərin yeganə yolu sülh sazişinə addım atmaqdır”.
-
Ekologiya07:17Bu gün yağış yağacaq - PROQNOZ
-
İdman06:46Fransa millisinin yarımmüdafiəçisi zədələndi
-
Magazin206:16Halit, Kılıç, Ersoy Ulubey bir arada - “Kurtlar Vadisi” geri döner
-
Avropa04:14Paşinyan Parisdən Antalyaya gedəcək
-
Yaxın Şərq02:12Əbu-Dabi görüşünü növbəti raundu ilə bağlı qərar verildi
-
Avropa00:45Rusiyaya casusluq edən ABŞ əsgəri bu ölkədə yaxalandı - İttiham
-
Qoroskop00:00Günün ULDUZ FALI - Gözlənilməz xoş xəbərlər ala bilərsiniz
-
Magazin110 Noyabr 23:12Biotin qəbul edənlərə çağırış - VİDEO










.jpg)








.png)















