Nida.az
“Seçicilərin çoxluğu deputat sayının artırılmasını zəruri edir” – Qənizadə
“Azərbaycanda əhalinin artım tepmi tələb edir ki, deputatların mövcud sayı artırılsın”.
Publika.az">Publika.az xəbər verir ki, bu barədə Demokratiya və İnsan Hüquqları komitəsinin sədri, keçmiş millət vəkili Çingiz Qənizadə Teleqraf.com-a müsahibəsində deyib.
Ç.Qənizadənin fikrincə, bir millət vəkilinin işlədiyi seçici sayının çox olması da işin keyfiyyətinə təsir edir.
“Hazırda millət vəkilləri rəsmən 40-42 min seçicinin deputatları kimi səs qazanırlarsa, əslində isə bəzi rayonlarda seçicilərin sayı 50 minə yaxınlaşır. Millət vəkillərinin bu qədər sayda olan seçicilərlə işləməsi qeyri-mümkündür. Hesab edirəm ki, seçicilərin sayının artmasına uyğun olaraq, dairələrin də sayı artırılmalıdır. Millət vəkilinin seçmək hüququ olan 40 min yox, daha az tərkibdə dairələr formalaşdırılmalı və millət vəkillərinin seçkisinə start verilməlidir. Yəni millət vəkilləri 40-42 min, bəzi yerlərdə isə 50 min və daha çox seçici ilə işləmək yükündən azad olunmalı, bunun yarısı qədər, təxminən 20-22 min, ən çoxu isə 30 min seçici ilə işləməsi təmin olunmalıdır ki, gördükləri işlərin effekti olsun”, - keçmiş deputat deyib.
Onun fikrincə, proporsional-majoritar sistemə keçid də bunu tələb edəcək: “Bu, 10 milyondan çox olan Azərbaycan vətəndaşlarının artıq 125 millət vəkili ilə deyil, daha çoxu ilə parlamentdə təmsil olunması zərurətini yaradacaq. Bu artım 50 nəfər də, 75 nəfər də ola bilər. Yəqin ki, bunu dövlətin özü hesablayacaq. Düşünürəm ki, parlamentin nüfuzunun qaldırılması və millət vəkillərinin iş fəaliyyətinin səmərəli olması üçün bu artıma gedilməli və onların seçicilərinin sayı azaldılmalıdır”.
Ç.Qənizadə hesab edir ki, proporsional sistemə keçidin vaxtı çoxdan çatıb: “Hətta biz gecikmişik. Bu, demokratik dəyərlərdən biridir. Müəyyən kvota üzrə səs qazana bilən partiyaların parlamentdə təmsil olunması üçün mütləq proporsional seçki sisteminə keçilməlidir. Biz digər məsələlər baxımından Cənubi Qafqazda müsbət nümunəyik, amma bu baxımdan ən aşağı sıradayıq. Bu sahədə də liderliyi ələ almaq üçün ölkədə proporsional seçki sistemi tətbiq edilməlidir”.
-
Ekopublika.az05:15
Azərbaycanda bu məhsullar UCUZLAŞDI
-
Dünya02:43
İki bələdiyyə sədrinə cinayət işi açıldı - Vəzifədən uzaqlaşdırıldılar
-
Dünya01:55
Berbokun Bakıda niyə nikah üzüyü taxmadığı bilindi
-
Hadisə00:55
Azərbaycanlı "diplomat" İstanbulda saxlanıldı - 70 kilo qızılla
-
Qoroskop00:35
Günün qoroskopu: çəkdiyiniz zəhmətin bəhrəsini görəcəksiniz
-
İdman22 Noyabr 23:18
“Qarabağ” rəqəmlərlə Fransaya elə bir mesaj verdi ki… - FOTO
-
Nida Xəbər 22 Noyabr 23:03
Bakıda keçirilən COP29 bu tarixdə bitəcək
-
Magazin122 Noyabr 22:02
Aşıq Zülfiyyə: "Oğlumla 3 gündür danışmıram, bütün nömrələrini "blok"a atmışam" - VİDEO