Nida.az
Onlar işgəncə ilə öldürülüb - Deputat
“Erməni vandalizminin və vəhşiliyinin uzun illər, hətta on illər, əsrlər boyu davam etməsi tarixi faktlarla sübut olunur. Bu həm də ifşa prosesidir. Həmin ifşada nəzərəçarpan, əsas diqqətçəkən məqam isə odur ki, məlum vandalizm və vəhşilik yalnız müsəlman ölkələrinə, türklərə qarşı deyil, elə xristianlara qarşı da eyni formada törədilib”.
Bunu Publika.az-a açıqlamasında Milli Məclisin deputatı Elşən Musayev deyib.
Deputat bildirib ki, son günlər 1-ci Qarabağ müharibəsinə qədər əvvəllər Ağdərə, daha sonra isə Kəlbəcər ərazisində yerləşən və yunanların cəm olduğu Mehmana kəndində ermənilər tərəfindən törədilən vandalizm aktı geniş müzakirə olunmaqdadır: “Bu, həmin yunanlardır ki, 19-cu əsrin əvvəlində Rus-Türk müharibəsindən sonra Tərtər çayının 19 km-də məskunlaşıblar və on illər boyunca Azərbaycan ərazisində yaşayıblar. Eyni zamanda öz adət-ənənələri, öz kilsələri olub və düz 1-ci Qarabağ müharibəsinə qədər kimsə onlara toxunmayıb. Yəni, onların azərbaycanlılarla, Azərbaycan dövləti ilə problemi olmayıb. Çox rahat bir şəkildə həyatlarına davam ediblər. Amma müharibə başlayan kimi ermənilər yunanlara qarşı əsl vəhşilik siyasəti yürüdüblər. İşğaldan sonra isə həmin vəhşilik daha da artıb. Erməni vandallar yunanları öz yurdlarından didərgin salıblar, kilsələrini dağıdıblar, evlərini yandırıblar. Şahidlər söyləyir ki, kənddən çıxmayan, öz evlərində qalmaq istəyən çoxlu sayda insandan bu günə qədər ümumiyyətlə xəbər yoxdur. Ehtimal edilir ki, onlar işgəncə ilə öldürülüb”.
E.Musayev vurğulayıb ki, bütün bu deyilənlər və tarixi faktlar bir daha sübut edir ki, erməni üçün heç bir mənəvi dəyər yoxdur: “Heç ümumi dinə mənsub olmağın da əhəmiyyəti yoxdur. Bu vəhşilər qarşılarına çıxan məscidləri də, kilsələri də eyni formada dağıdıblar. Bu vandallar müsəlmanı da, xristianı da eyni şəkildə qətl ediblər”.
-
Nida Xəbər 10:18Kredit borcları ilə bağlı hamının gözlədiyi xəbər gəldi - Yeni qərar gözlənilir...
-
Dünya09:42Putin onlara vəd verib: Sizin zənginizə həmişə cavab verəcəyəm
-
Sosial09:36Pensiyaçılarla bağlı yeni vəziyyət yarandı - 200 manat verilir, əvəzində…
-
Dünya08:48Piratlar İranın balıqçı gəmisini ələ keçirdilər - 23 nəfərdən xəbər yoxdur
-
Səhiyyə08:00Optimal qan şəkəri səviyyəsi müəyyən edildi
-
Sağlamlıq07:47Həkim pijamada yatmağın fəsadları barədə xəbərdarlıq etdi
-
Magazin107:30Vəfat edən Xalq artisti ilə arxiv fotosunu paylaşdı
-
MDB06:16Rusiya FHN-nin mobil tətbiqi sındırıldı - Əhalini nüvə başlığı ilə qorxutdular








.jpg)


























.jpg)

.jpg)