Nida.az
Miqrasiya Xidməti "Sputnik Azərbaycan"ın baş redaktoru ilə bağlı açıqlama yaydı
Xəbər verdiyimiz kimi, “Sputnik Azərbaycan” saytının baş redaktoru Antonava Tryzno Veranika, saytın mətbuat mərkəzinin prodüseri və onun həyat yoldaşı Pavel Antonovun Azərbaycanda iş icazəsinin vaxtının uzadılmasından imtina edilməsi barədə məlumat yayılıb. Bildirilib ki, bununla əlaqədar onların ölkədən çıxarılmasına qərar verilib.
Məsələ barədə Dövlət Miqrasiya Xidmətindən Publika.az-a bildirilib ki, "Rossiya Seqodnya” Beynəlxalq İnformasiya Agentliyi Federal Dövlət Unitar Müəssisəsinin Bakı Filialının Belarus vətəndaşları Pavel Antonov və Antonava Tryzno Veranikanın iş və müvəqqəti yaşama icazəsinin uzadılması ilə bağlı müraciətinə Dövlət Miqrasiya Xidməti tərəfindən baxılaraq miqrasiya qanunvericiliyin tələblərinə əsasən bu icazələrin uzadılmasından imtina edilib.
Qeyd edilib ki, qəbul olunan inzibati qərarların surəti həmin şəxslərə təqdim edilib:
“Adıçəkilən şəxslər barəsində Azərbaycan Respublikasının hüdudlarından kənara çıxarılma haqqında qərar qəbul edilməyib.
Bu şəxslər Azərbaycan Respublikasına yenidən giriş edərək qeydiyyata alınmaqla ölkədə ola və qanunvericilikdə nəzərdə tutulan müvafiq əsasları olduğu təqdirdə, yenidən müvəqqəti yaşama icazəsi əldə etmək üçün müraciət edə bilərlər”.
-
Dünya09:42Putin onlara vəd verib: Siz zənginizə həmişə cavab verəcəyəm
-
Sosial09:36Pensiyaçılarla bağlı yeni vəziyyət yarandı - 200 manat verilir, əvəzində…
-
Dünya08:48Piratlar İranın balıqçı gəmisini ələ keçirdilər - 23 nəfərdən xəbər yoxdur
-
Səhiyyə08:00Optimal qan şəkəri səviyyəsi müəyyən edildi
-
Sağlamlıq07:47Həkim pijamada yatmağın fəsadları barədə xəbərdarlıq etdi
-
Magazin107:30Vəfat edən Xalq artisti ilə arxiv fotosunu paylaşdı
-
MDB06:16Rusiya FHN-nin mobil tətbiqi sındırıldı - Əhalini nüvə başlığı ilə qorxutdular
-
ABŞ03:43Tramp etirazçıları analarının danlağı ilə hədələdi







.jpg)




.jpg)





















.jpg)

.jpg)