“Qrant haqqında” qanunda dəyişikliklər rəsmiləşdi
Bizi izləyin

Nida.az

“Qrant haqqında” qanunda dəyişikliklər rəsmiləşdi

Dövlət başçısı İlham Əliyev “Qrant haqqında” qanunda dəyişikliklər edilməsi barədə 17 dekabr 2013-cü il tarixli qanunun tətbiqinə fərman verib. Yeniliyə görə, Azərbaycan Respublikasının hüquqi və ya fiziki şəxsi, habelə Azərbaycan Respublikasının hüquqi şəxsinin filial və ya nümayəndəliyi olan donorlardan xarici resipiyentlərə qrant verilməsi haqqında müqavilələr (qərarlar) qeydə alınması üçün müvafiq icra hakimiyyəti orqanına təqdim olunur. Azərbaycan Respublikasının resipiyentlərinin aldıqları qrantlar haqqında müqavilələr (qərarlar) qeydə alınması üçün müvafiq icra hakimiyyəti orqanına təqdim olunur. Dövlət büdcəsi hesabına verilmiş qrant barədə müvafiq məlumat qrant müqaviləsini (qərarını) qeydə alan orqana donor təqdim edir.

Fərmanla müvafiq icra hakimiyyəti orqanının səlahiyyətlərini kommersiya qurumlarına münasibətdə İqtisadiyyat və Sənaye Nazirliyi, dini qurumlara münasibətdə Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi, digər qeyri-kommersiya qurumlarına və fiziki şəxslərə münasibətdə Ədliyyə Nazirliyi həyata keçirir.

“Qrant haqqında” qanunda dəyişikliklər

Oxumağa davam et
Reklam
Reklam

Gündəm