Mirziyoyevin İlham Əliyevlə sağollaşması gündəm oldu - VİDEO
Bizi izləyin

Nida.az

Mirziyoyevin İlham Əliyevlə sağollaşması gündəm oldu - VİDEO

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Özbəkistan səfəri təkcə çox böyük siyasi əhəmiyyət kəsb edən görüş kimi deyil, eyni zamanda iki dost ölkə, o cümlədən siyasi liderlər arasındakı münasibətlərin yüksək səviyyədə olması baxımdan yaddaşlarda böyük izlər buraxdı.

Publika.az">Publika.az xəbər verir ki, səfər proqramında keçirilən görüşlər, o cümlədən yolasalma mərasimi çox yüksək əhvali-ruhiyyədə keçdi.

Cənab Prezident İlham Əliyevin Özbəkistana dövlət səfəri başa çatdığı zamanı Ürgənc hava limanında ölkənin başçısı Şövkət Mirziyoyevin yolasalma mərasimində bədən dili ilə verdiyi mesajlar gündəm olub.

Ürgənc şəhərinin Beynəlxalq Hava Limanında iki ölkə liderinin sağollaşması və verdikləri mesaj xüsusi önəm daşıyır. Xüsusən də Özbəkistan Prezidentinin qollarını sinəsinə çarpaz qoyması Azərbaycan Prezidentinə göstərdiyi böyük hörmət və ehtiramın nümunəsi kimi dəyərləndirilib.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm