Nida.az
Qərbdən Azərbaycana İŞİD xəbərdarlığı - Təhlükə
“İŞİD Azərbaycanla bağlı planlarını gizlətmir və bu ölkəyə “İslam dövləti” təhlükəsi var”.
Publika.az xəbər verir ki, bu barədə Avropa İnstitutunun əməkdaşı
Nadani Fridrixson Qərbə xəbərdarlığında yazır.
Qeyd edək ki, bu ilin iyun ayında İŞİD-in xəyali xilafətinin
xəritəsi yayılıb. Xəritə üzərində əski əlifba ilə yazılmış ərazilər
İŞİD-in yaradacağı əmirliklərin tərkibində veriləcək. Xəritəyə
görə, Azərbaycan üç hissəyə bölünəcək. Şimali Azərbaycanın kiçik
bir hissəsi Kürdüstan əmirliyinin, yerdə qalan hissəsi isə Qafqaz
əmirliyinin tərkibinə daxil ediləcək. Cənubi Azərbaycan isə
bütövlükdə İsfəhan və Kürdüstan əmirlikləri arasında
bölüşdürüləcək.
Sonradan yayılan xəritədə Azərbaycanın adı çıxarıldı. Lakin
institutun analitiki bir müddət öncə Bakıda keçirilən “hicab
aksiyasına” diqqət çəkərək bildirir ki, Azərbaycanda “müsəlman
müxalifəti” formalaşmaqdadır.
“Müsəlman gücünün əsası Suriya çevrilişində iştirak edən, indi
isə evə qayıdan “cihadçı” azərbaycanlılar ola bilər. Bu baxımdan,
partlayış təhlükəsi olan regionlara Azərbaycanı daxil etmək
mümkündür. Həmçinin Cənubi Azərbaycan da bu təhlükədən uzaq deyil”,
- deyə analitik vurğulayır.
Onun sözlərinə görə, qərbli analitiklər hesab edir ki, Azərbaycan
üçün “radikal dini təhlükə” Rusiya və İrandan çıxa bilər. Bu
yaxınlarda “Stratfor” mərkəzinin direktoru Corc Fridman da bu
ehtimalları səsləndirmişdi. Analitik Qərbi bu barədə düşünməyə
çağırıb.
Qeyd edək ki, ABŞ kəşfiyyatının leqal üzü kimi tanınan “Stratfor” rəhbərinin iki ay öncə nəşr etdiyi məqalədə bildirilir ki, İŞİD faktoru Qafqaz üçün gələcəkdə təhlükəyə çevrilə bilər, hansı ki, bu gün Suriya və İraqdakı “cihad” qruplarında azərbaycanlı və Şimali Qafqazda olan xeyli sayda döyüşçü var.
“Bütövlükdə Qafqazda Gürcüstan və Ermənistan din faktoru baxımından cihadçı islam qruplarından uzaqdır. Hər halda bu ölkələrin vətəndaşları belə qruplara meyilli deyil. Azərbaycan və Şimali Qafqazın müsəlman əhalisi isə bu qruplara meyillidir və bu gələcəkdə Bakı ilə Moskvanın başağrısına çevriləcək. Bir məqamı da unutmaq lazım deyil. Azərbaycan və Şimali Qafqazda radikalizmin genişlənməsi bunun Gürcüstan və Ermənistana da sıçraması ehtimalını gücləndirir”, - deyə o bildirir.
Fridman qeyd edir ki, İŞİD-in xilafət elanı indiyə qədər “öz
yuvalarında gizlənən” cihada meyilli insanları ruhlandırır: “Onlar
“yuvalarından” çıxa və eyni şeyi öz ölkələrində də istəyə bilərlər.
Bu isə potensial təhlükə deməkdir”.
Asif Nərimanlı
-
Ekologiya02:00
Güclü maqnit qasırğası başladı - Nələr olacaq?
-
İdman01:10
Mbappe gedəcəyini elan etdi - Bu oyunda vida mərasimi olacaq
-
Qoroskop00:43
Günün qoroskopu: planlar pozulacaq - Bunları edin!
-
İdman10 May 23:46
Lalə Kramarenko: Azərbaycanın təklifini qəbul etmək xəyanət olar
-
Sosial10 May 23:34
Dünya rekordçusu olan laçınlı nənə Heydər Əliyevlə bağlı xatirələrini bölüşdü - VİDEO
-
Ekologiya10 May 23:10
Günəşdə 25 ilin ən güclü partlayışı baş verdi
-
Art10 May 22:21
Murad Muradov süni nəfəs aparatına qoşulub - YENİLƏNDİ
-
Elm və təhsil10 May 22:00
Abituriyentlərin NƏZƏRİNƏ: nəticələr elan olundu