Nida.az
Lalə Şövkət harada “gizlənir”- bir xəbərin izi ilə
Azərbaycan Liberal Partiyasının (ALP) lideri Lalə Şövkətin Bakı kəndlərindən birində olduğu xəbəri yayılıb.
Uzun zamandır siyasi aləmdə görünməyən xanım liderin harada olması
cəmiyyət üçün də maraqlıdır.
Publika.az Lalə Şövkətin harada olduğunu dəqiqləşdirməyə
çalışıb.
ALP sədri Əvəz Temirxan bu barədə ümumiyyətlə danışmaq istəmədiyini
deyib.
Lakin partiyaya yaxın mənbələrdən əldə etdiyimiz məlumata görə,
L. Şövkət hazırda Qubada ata mülkündədir. Yay fəsli başlayandan
xanım siyasətçi ata yurduna gedib. Onun Bakıya sentyabrın 15-dən
tez gəlməyəcəyi deyilir.
Qeyd edək ki, bir müddət öncə Publika.az-a daxil olan məlumatda deyilirdi ki, L. Şövkət sentyabrdan etibarən siyasi şərhlərlə gündəmə gələcək. Hazırda onun şərhləri ALP-nin istiqamətini müəyyənləşdirmək üçün istifadə olunur. Lalə xanımın daha geniş ictimaiyyət üçün analizlərlə çıxış edəcəyi gözlənilir.
Sosial şəbəkələrdə isə L. Şövkətin yeri ilə bağlı maraqlı iddialar
yer alıb. Belə ki, müxalif düşərgənin “Facebook” qruplarından
yayılan məlumatlara görə, L. Şövkət Bakının Bilgəh kəndindəki
mülkündədir.
Asif
-
Qoroskop17:18
Bürclər üçün gözlənilən xəbər: Önümüzdəki 4 ay boyunca...
-
Qarabağ 16:38
Sühməramlılar bu tarixə qədər Qarabağı tam tərk edəcək
-
Sosial15:57
Azərbaycanda özünün xəbəri olmadan “şirkəti” olanlar: Vətəndaşı necə aldadırlar?
-
Dünya15:44
Bu ölkə ukraynalı diversantlara təlim keçir: Rusiya sərhədini yaracaqlar
-
Hadisə15:17
Ali Məhkəmənin hakimi intihar etdi - Şok səbəb
-
Rəsmi xronika14:54
Prezidentdən Mikayıl Cabbarov və Samir Şərifovla bağlı SƏRƏNCAM
-
Qarabağ 13:50
Polis Xankəndidə xüsusi əməliyyat keçirdi - Anbaan görüntülər
-
Qarabağ 13:05
ANAMA-nın əməkdaşı Şuşada minaya düşdü - TƏCİLİ