Nida.az
Müsavatda “Ad günü” qalmaqalı: kim kimi təbrik etmədi?
Müsavat başqanlığına namizədlər Qubad İbadoğlu ilə Tural Abbaslı
bir gün fərqlə doğum gününü qeyd ediblər.
Publika.az xəbər verir ki, sentyabrın 12-si Qubad İbadoğlunun, 13-ü isə Tural Abbaslının ad günüdür.
Başqanlığa digər namizəd Arif Hacılı isə Q. İbadoğlunu təbrik etsə də, Tural Abbaslını təbrik etməyib.
“Hörmətli Qubad bəy, Sizi doğum günü münasibəti ilə təbrik edirəm.
Sizə
Azərbaycanın azad və firavan gələcəyi uğrunda fəaliyyətinizd
uğurlar arzulayıram”,- deyə A. Hacılı təbrikində bildirib.
Onun T. Abbaslının təbrik etməməsi müzakirələrə səbəb olub.
Müsavatçı gənclər A. Hacılını tənqid atəşinə tutublar.
“Müsavat başqanlığına namizəd Arif Hacılı digər namizəd
Qubad İbadoğlunu ad günü münasibəti ilə təbrik edib ancaq digər
namizəd Tural
Abbaslını etməyib. Deyəsən, bu seçkilərdə yaşlı nəsil
gənclərdən xilas olmaq istəyir, -deyə Abbaslının tərəfdarlarından
biri bildirib.
Qeyd edək ki, Müsavatda A. Hacılı ilə T. Abbaslının münasibətləri
kifayət qədər soyuqdur. Bu soyuqluğun əsas mərhələsi Müsavat
Gənclər Təşkilatına sədr seçkisi zamanı üzə çıxdı.
Belə ki, ilk seçkidə T. Abbaslının tərəfdarları qalib gəlsə də,
nəticələr ləğv olundu. Daha sonra A. Hacılının tərəfdarı hesab
olunan Əhliman Abbas sədr seçildi. Abbaslının tərəfdarları iddia
edirdilər ki, seçkilər A. Hacılı tərəfindən
saxtalaşdırılıb.
Asif
-
Nida Xəbər 21:12
Abid Şərifov yeganə oğlunun ölümündən danışdı - VİDEO
-
Nəqliyyat19:12
Daha bir nazirlik sürücülərə XƏBƏRDARLIQ ETDİ - YENİLƏNDİ
-
Magazin118:48
“Avtobusa minməyə pulum yox idi” - VİDEO
-
Ekopublika.az17:10
Pomidor və xiyarın qiyməti niyə əl yandırır? - ARAŞDIRMA
-
Hadisə16:40
Bakıda restoranda YANĞIN: 3 nəfər tüstüdən zəhərləndi
-
Dünya14:30
Zelenski nəyi gizlədir? - ŞOK İDDİA
-
Magazin214:20
Məşhur müğənni estetik əməliyyatdan sonra tanınmaz hala düşdü - FOTO
-
İdman14:10
“Bavariya”da ara qarışıb: əfsanə müdaxilə etdi