"Ermənistan hökuməti dəfələrlə bizə müraciət edib" - Pakistan səfiri
Bizi izləyin

Nida.az

"Ermənistan hökuməti dəfələrlə bizə müraciət edib" - Pakistan səfiri

Biz Azərbaycanı müstəqillik əldə etdiyi ilk günlərdən dəstəkləmişik və dəstəkləməyə davam edəcəyik. Azərbaycanın problemi həm də Pakistanın problemidir

"Pakistan Ermənistanı müstəqil dövlət kimi tanımır". Publika.Az-ın məlumatına görə, bunu keçirdiyi mətbuat konfransında çıxışı zamanı Pakistanın Azərbaycandakı səfiri Xalid Usman Qaiser bildirib.

Onun sözlərinə görə, beynəlxalq hüququn tələblərinə açıq-aşkar əməl etməyən, digər ölkənin ərazisini işğal etmiş dövlət Pakistanın dostu ola bilməz.

Səfir deyib: "Biz Azərbaycanı müstəqillik əldə etdiyi ilk günlərdən dəstəkləmişik və dəstəkləməyə davam edəcəyik. Azərbaycanın problemi həm də Pakistanın problemidir. BMT Təhlükəsizlik Şurasında Azərbaycanın işğal altındakı torpaqlarının boşaldılmasını tələb edən ilk qətnamənin qəbuluna Pakistan da lobbiçilik edib. Ermənistan hökuməti indiyədək dəfələrlə bizə müraciət edərək onu müstəqil dövlət kimi tanımağımızı istəsə də, İslamabad hələ də Ermənistanın müstəqilliyini tanımır".

Vasif Həsənli

Oxumağa davam et
Reklam
Reklam

Gündəm