Nida.az
Məşhur azərbaycanlı politoloq: “İŞİD III Dünya müharibəsini başladacaq”
Fransanın Hərbi Hava Qüvvələrinin təyyarələri İraq ərazisində İŞİD qüvvələrinin mövqelərini vurdu, buna paralel olaraq, ABŞ qırıcıları Suriyada eyni miqyaslı əməliyyatlar aparır.
İraqın Baş naziri Heydər əl-Abadi BMT Baş Assambleyasının Nyu-York iclasında kulislərdə bildirib ki, İŞİD-çilər Paris və Nyu-York metrolarında terror aktları törətmək istəyir.
Publika.az Rusiyanın İslam Komitəsinin sədri,
məşhur azərbaycanlı politoloq Heydər Camal hesab edir ki, İŞİD III
Dünya müharibəsini başladacaq.
Azərbaycanlı politoloq əmindir ki, İŞİD özündən əvvəlkilərdən fərqlənir:
“Bu, yeni hadisədir. Onlar özündən əvvəlkilərdən və onlara
alternativ kimi ortaya çıxan digər qruplaşmalardan fərqlənir. İŞİD
siyasi cihad aparır. Hansı ki, cihad indiyə qədər teoloji olaraq
aparılırdı. “Əl-Nusra” cəbhəsinin cihadında da teoloji təcrübə var.
Onlar şərlə mübarizə aparır, harda ədalətsizlik görürlərsə, şəriət
qanunları tətbiq edirlər. Teoloji cihad daha təmizdir və özündə
siyasi məna daşımır. İŞİD isə bunun əksinədir. Onlar ilk belə
təcrübədir. Hələlik taleləri tam aydın deyil. Lakin görünən odur
ki, İŞİD dünyanı III böyük müharibəyə aparır. Bu qruplaşma heç kimə
bağlı deyil, onlar ABŞ, Avropa və Rusiyaya eyni dərəcədə
düşməndir”.
H. Camal bildirib ki, İŞİD Avropa ilə yanaşı, Ukrayna, eləcə də
Koreya üçün də böyük təhlükə kəsb edir. Onun sözlərinə görə, Uzaq
Şərqdə 15 milyon uyğur-müsəlmanla yanaşı, 50 milyonluq qarışıq
müsəlman əhalisi var.
“Bu gün Çində kütləvi olaraq İslama axın var və bu, əlavə baza deməkdir. Bir gün həmin müsəlmanlar qeyri-ənənəvi təbliğatın qurbanına çevrilə və radikallaşa bilərlər. Bu isə Çində böyük sosial aşınmalara səbəb olacaq”, - deyə o bildirib.
Asif Nərimanlı
-
Qarabağ 16:38
Sühməramlılar bu tarixə qədər Qarabağı tam tərk edəcək
-
Sosial15:57
Azərbaycanda özünün xəbəri olmadan “şirkəti” olanlar: Vətəndaşı necə aldadırlar?
-
Dünya15:44
Bu ölkə ukraynalı diversantlara təlim keçir: Rusiya sərhədini yaracaqlar
-
Hadisə15:17
Ali Məhkəmənin hakimi intihar etdi - Şok səbəb
-
Rəsmi xronika14:54
Prezidentdən Mikayıl Cabbarov və Samir Şərifovla bağlı SƏRƏNCAM
-
Qarabağ 13:50
Polis Xankəndidə xüsusi əməliyyat keçirdi - Anbaan görüntülər
-
Qarabağ 13:05
ANAMA-nın əməkdaşı Şuşada minaya düşdü - TƏCİLİ
-
Magazin111:53
“Mənə intim təkliflər edib, əmr verirlər” - Faiq Ağayev